RSS
 

Login:
Şifrə:
» » İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – MƏLƏKLƏRLƏ ƏLAQƏ VƏ “RUHUL-QUDUS”UN TƏLQİNİ (3)

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – MƏLƏKLƏRLƏ ƏLAQƏ VƏ “RUHUL-QUDUS”UN TƏLQİNİ (3)

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 10-02-2016, 22:15 | Şərh sayı: (0) | Baxılıb: 477

İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – MƏLƏKLƏRLƏ ƏLAQƏ VƏ “RUHUL-QUDUS”UN TƏLQİNİ (3)


İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – MƏLƏKLƏRLƏ ƏLAQƏ VƏ “RUHUL-QUDUS”UN TƏLQİNİ (3)Mələklərlə əlaqə: İmamların elmi mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam Peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və o həzrətin vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qurani-Kərim ayələrinə əsasən, Xızr (ə), Zülqərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Həqiqətən, Əli (ə) “mühəddəs” idi.” (Yəni o həzrət qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Həzrət Əli (ə) ilə söhbət edən kim idi?” – soruşulduqda buyurdu: “Onunla mələk söhbət edirdi!”

Yenə də o həzrətdən “O, peyğəmbərmi idi?” – soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: “O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun və ya Xızr), yaxud da Zülqərneyn kimi idi.” (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur. “Üsuli-kafi”, 1-ci cild, səh. 271.)

Ruhul-Qudusun (müqəddəs ruhun) təlqini: İmamların elm mənbələrindən biri də Ruhul-Qudusdan aldıqları təlqinlərdir.

Qurani-Kərimin üç ayəsində həzrət İsanın (ə) (“Bəqərə” surəsi, ayə 87, 253 və “Maidə” surəsi, ayə 110.), bir ayəsində isə İslam Peyğəmbərinin (s) (“Nəhl” surəsi, ayə 102.) “Ruhul-Qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.

“Ruhul-Qudus” kimdir, yaxud nədir?” – sualına cavab barədə təfsirçilər arasında fikirayrılığı var. Bəziləri onu Cəbrail, bəziləri həzrət İsa (ə), bəziləri İncil, bəziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı (“ismi-əzəm”) kimi təfsir etmişlər. ( “Kənzüd-dəqaiq”, c.2, səh.78. Bəzi məşhur təfsirçilər yalnız birinci təfsiri qeyd etmişlər. Fəxri-Razinin “təfsir”ində üç təfsir görünür: “Cəbrail, İncil və Allahın böyük adı.” (“Kəbir” təfsiri, 3-cü cild, səh. 177.)

Lakin Qurani-Kərimin ifadələri, eləcə də, bir çox rəvayətlərdən başa düşülür ki, “Ruhul-Qudus”un müxtəlif mənaları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli məna daşıması mümkündür. Qurani-Kərimin bir ayəsində buyurulur: “De: “Ruhul-Qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!” (“Nəhl” surəsi, ayə 102.) Zahirən burada Quranı Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulur.

Qurani-Kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa məna ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan “əyyədəkə bi-ruhil-qudus” və yaxud “və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.

Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, “Ruhul-Qudus” bütün peyğəmbər və məsumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bəzən onlar mühüm işlər gördükdə, yaxud dərinmənalı fikir və şeir söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, “Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-Əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: “İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!” (“Əd-durrul-mənsur”, c.1, səh.87, “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də “Səhihi-Müslim”də (c.4, səh.19 və 32, “Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur.)

İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: “Peyğəmbəri-Əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə də aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!” (“Səfinətül-bihar”, 2-ci cild, səh.4954.)

İslamın qorxmaz şairi Dibel Xüzai “Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Rza (ə) ağlayaraq buyurmuşdu: “Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!” (“Kəşfül-ğümmə”, 3-cü cild, səh.118 və “Əlamul-vəra”, səh.331.)

Beləliklə, bir çox ayə və rəvayətlərdən məlum olur ki, Ruhul-Qudus mühüm işlərdə ilahi və mənəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və məsum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, qeyd edək ki, bu işin mahiyyəti və təfərrüatı barədə geniş məlumat yoxdur!)

İmam Sadiq (ə) “Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” (İmanda) öncül (və təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır) – ayəsinin təfsirində buyurmuşdur:

فَالسّابِقُونَ هُمْ رُسُلُ اللهِ (ع) وَخاصَّةِ اللهِ مِنْ خَلْقِهِ، جَعَلَ فِيهِمْ خَمْسَةُ اَرْواحٍ، اَيَّدَهُمْ بِرُوحِ الْقُدُسِ فَبِهِ عَرَفُوا الْاَشْياءَ...

“Burada “qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və Allahın xüsusi bəndələridir. Allah-Taala onlarda beş ruh qərar vermiş və (o cümlədən,) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...” (“Üsuli-kafi”, 1-ci cild, səh. 271.)

İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: “Onlar müqəddəs ruh vasitəsilə ərş və yerin altında olanları bilirlər.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 272.)

Bu məsələ ilə əlaqədar “Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar məsum imamların elmi mənbələrindən sayılır. (“Peyami-Quran” – (Qurani-Kərimdə imamət və canişinlik) kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.98-101.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor