Yayı gözləyənlərə QORXUNC XƏBƏR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-04-2016, 19:32 | Şərh sayı: (0) | Baxılıb: 272
Yayı gözləyənlərə QORXUNC XƏBƏR
Bu il dünyanı rekord dərəcədə istilərin qeydə alınacağı yay gözləyir.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, yazın ilk ayı olan mart indiyə qədərki ən qızmar mart rekordunu yeniləyə bilib. Amerikalı elm adamları yay üçün pqronozlarını məhz bu rekorddan sonra yenidən veriblər.
NASA rəsmisi olan Gevin Şmit bu yayın 1800-cü ildən sonra ən qızmar yay olmasının gözlənildiyini deyib. O, elmi araşdırma və ölçmələrin nəticələrini qiymətləndirib. NASA rəsmisi verilən proqnozların 99 fazi reallığı əks etdirəcəyini deyib.
NASA nəzdində araşdırma aparan elm adamları 2016-cı ildə gözlənilən istilik rekordlarını müəyyən etmək üçün bu aya kimi müşahidə edilən göstəricilərin kifayət olduğunu bildiriblər.
Amerikalı alimlər bunun səbəbini El Ninyo cərəyanında görürlər. Onlar düşünürlər ki, El Ninyo təbiət hadisəsi ancaq quraqlıq, qızmar hava yox, eyni zamanda şiddətli soyuqlar, sel və fərtınaları da özü ilə bərabər gətirəcək.
Onun təsiri ilə bir-birinə çox yaxın regionlarda tamamilə fərqli iqlim müşahidə edilə bilər.
Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan El Ninyo 2015-ci ili tarixin ən qızmar ili etmişdi. 2016-cı ildə isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. El Ninyo cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan El Ninyo Sakit okeanın çox qızması nəticəsində yaranır.
Bir müddət öncə İngiltərənin Ridinq Universitetinin elm xadimi Nik Klinqman da 2016-cı ildə dünyanın quraqlıqla mübarizə aparacağını proqnozlaşdımışdı. Onun sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb. "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər