Rusiya neft rekordunu yenilədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 20:12 | Şərh sayı: (0) | Baxılıb: 344
Rusiya neft rekordunu yenilədi
2015-ci il ərzində Rusiyadan uzaq xaricə ixrac edilən neft emalı məhsullarının həcmi 10 faiz artıb.
Rusiya 2015-ci ildə neft hasilatı üzrə özünün təsis etdiyi dünya rekordunu yeniləyib.
İnterfax agentliyi Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən yaydığı məlumatda il ərzində 534 mln. ton neft və qaz kondensatının çıxarıldığını bildirir.
İdarədən verilən məlumata görə bu 2014-cü ildə hasil edilmiş həcmlərdən 1,4 faiz artıqdır.
2015-ci il ərzində uzaq xaricə ixrac edilən neft emalı məhsullarının həcmi də artıb.
Lakin neft artımı ilə yanaşı təbii qaz hasilatında eniş qeydə alınıb. Ötən il çıxarılan qaz həcmləri təqribən 1 faiz azalaraq 635 mlrd. kub metr təşkil edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanını qabaqlayn Rusiya neft hasilatı üzrə dünya liderinə çevrilib.
Neft qiymətlərinin kəskin düşməsi fonunda demək olar ki, istehsalçı ölkələrin hamısı hasilat səviyyəsini artırmağa başlayıb.
Ötən ilin sonunda neft qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.
Təhlilçilər bunu ABŞ və OPEC ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsiylə əlaqələndirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər