Azərbaycanlıların pul sevgisi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-11-2015, 00:49 | Şərh sayı: (0) | Baxılıb: 297
Azərbaycanlıların pul sevgisi
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov ölkədə pul kütləsinin azalmasının əsas səbəblərindən biri kimi azərbaycanlıların nağd vəsaitlərə meylli olmasını göstərir.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, haqqın.az-a müsahibə verən AMB rəhbəri əhalinin həm dollar, həm də 50 və 100 manatlıqlar alaraq milyardlarla manat vəsaiti dövriyyədən çıxardığını vurğulayır.
Beləliklə, Elman Rüstəmov dolayısı ilə devalvasiya öncəsi ölkədə xarici valyutaya müşahidə edilən kütləvi marağın bu gün də davam etməsinin əsas səbəblərindən biri kimi azərbaycanlıların nağdsız ödənişlərə və kartda pul saxlamağa marağının az olması ilə izah etmişdi. "Təsəvvür edin, elə amerikalı tapmaq olarmı ki, cibində 10-20 dollardan artıq pul tapmaq mümkün olsun? Xırda pul onlarda çay pulu vermək üçün lazım olur, amerikalılar bütün hesablaşmaları bank kartı ilə həyata keçirirlər. Buna görə də onlarda pullar həmişə dövriyyədədir",- deyə AMB rəhbəri müqayisə də aparmışdı. AMB rəhbərinin sözlərini ölkədə POS-terminalların sayı barədə yayılmış statistik göstəricilər də təsdiqləyir. Son illərdə ölkə üzrə POS-terminalların sayı ildən ilə artsa da, 2015-ci ildə bu göstərici azalıb. Əgər 2013-cü ildə ölkədə 38 min POS-terminal olubsa, 2014-cü ildə bu göstərici 82 minə qədər artırılmışdı. Bu ilin noyabr ayına isə həmin rəqəm 77 minə düşüb. Halbuki həmin müddət ərzində ölkədəki ticarət obyektlərinin sayı ilə ildən ilə artaraq 104 minə çatıb. Bunun bir izahı var. Əhali sadəcə POS-treminallardan istifadə etmək istəmir. Buna görə də bank hesablarında pul saxlamır. Müstəqil araşdırmalara görə, ölkədə olan 5 min plastik kartın 80%-i yalnız nağdlaşmada istifadə edilir.
Əhali banklarda pul saxlamaq istəmir və karta yüklənmiş maaşı və ya pensiyanı dərhal oradan çıxarır. Bunun əsas səbəblərindən biri kart sahiblərinin bankların təhlükəsizlyinə inanmamasıdır. Son vaxtlar əhali arasında bank kartlarına xaker müdaxilələri barədə söz-söhbət çox yayılıb. Hesabına müdaxilə edilmiş müştərilərə bankların heç bir yardım edə bilməməsi də əhalini ehtiyatlı davranmağa vadar edir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə nağdsız ödənişlərdən istifadəni az olmasının əsas səbəbi kimi lazımi infrastruktunu olmamasını göstərir: "İş adamları POS-terminalları işlətməkdə maraqlı deyillər. Çünki POS-terminaldan istifadə dövriyyənin 1%-nə bərabər əlavə xərc deməkdir. Onları bu işə maraqlı etmək üçün lazımi stimullaşdırıcı tədbirlərə ehtiyac var". İqtisadçı ekspert bu sahədə daha bir problemi isə əhalinin məlumatsız olmasında görür: "Əhali kartdan istifadəni bacarmır. Bu cür əməliyyatların hansı üstündükləri olduğunu bilmir. Onların arasında geniş maarifləndirici işlər görülməlidir".
Təbii ki, bu maarifləndirici işlər məhz rəsmi dairələr tərəfindən görülməlidir. AMB həm də banklardan lazımi təhlükəsizlik tədbirləri görməyi də tələb etməlidir. POS-terminallara marağın arması ticarət sektorunda dövriyyəni xeyli artıra bilər və sahibkarları leqal işləməyə məcbur edər. Nəticə isə aydındır - qeyri-neft sektorundan dövlət büdcəsinə ödənişlər artar. Bu isə ölkənin bütün vətəndaşları üçün əlverişlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər