RSS
 

Login:
Şifrə:
» » Dövlət iqtisadiyyata pul yatırmalıdır, amma nə qədər?

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dövlət iqtisadiyyata pul yatırmalıdır, amma nə qədər?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 08:12 | Şərh sayı: (0) | Baxılıb: 290

Dövlət iqtisadiyyata pul yatırmalıdır, amma nə qədər?


Dövlət iqtisadiyyata pul yatırmalıdır, amma nə qədər?İnfrastruktur - yol, bənd, elektrik stansiyaları və s. - üzrə dövlət tərəfindən investisiya qoyulmasının iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu ideyası həmişə yoxsul ölkələrdə siyasətçilərin fikirlərinə güclü təsir göstərib. İkinci Dünya Müharibəsindən sonra yaradılan ilkin inkişaf yardım proqramlarının arxasında da bu ideya dururdu. Belə ki, həmin vaxtlar Dünya Bankı və ikitərəfli ianəçilər genişmiqyaslı layihələrin maliyyələşdirilməsi üçün yeni müstəqillik qazanmış ölkələrə resurslar göndərirdilər. Və bu da Çin tərəfindən idarə olunan, regionun 8 trilyon dollarlıq infrastruktur boşluğunu doldurmağa çalışan Asiya İnfrastruktur İnvestisiya Bankını motivasiya edir.

Ancaq bu cür əsasında dövlət investisiyası duran artım modeli uzun müddətdir inkişaf ekspertləri arasında dəbdən düşüb. 1970-ci illərdən bu yana iqtisadçılar siyasətçilərə diqqəti ictimai sektordan, fiziki kapital və infrastrukturdan özəl bazarlara, insan kapitalına, idarəetmə və müəssisələrdə islahatlar keçirməyə yönləndirməyi məsləhət görürlər. Belə görünür, nəticədə inkişaf strategiyaları tamam dəyişib.
Harvard Universitetinin nəzdindəki Con Kennedi Dövlət İdarəetməsi Məktəbinin professoru, beynəlxalq siyasi iqtisad üzrə ekspert Deni Rodrik "The Return of Public Investment" məqaləsində bildirir ki, bu dəyişikliyi yenidən gözdən keçirməyin vaxtı gəlib, bəlkə də. Əgər qlobal iqtisadi maneələr güclənsə də, sürətlə böyüyən ölkələrə baxsaq, görərik ki, dövlət investisiyasının bunda çox böyük rolu var.



Afrikada Efiopiya ötən ilin ən böyük uğur hekayəsini yazıb. Ölkənin iqtisadiyyatı 2004-cü ildən bu yana orta illik sürətlə 10 faizi keçərək böyüyüb. Nəticədə isə yoxsulluq səviyyəsi ciddi şəkildə azalıb və sağlamlıq göstəriciləri yaxşılaşıb. Efiopiya resurslarla zəngin bir ölkə deyil və qitədəki digər ölkələrdən fərqli olaraq, əmtəə qiymətlərinin artıb-azalmasından faydalana bilməyib. İqtisadi liberallaşma və Dünya Bankının məsləhət gördüyü struktur islahatlar da ölkənin iqtisadi inkişafında elə bir rol oynamayıb.

Efiopiyada 1990-cı illərin əvvəlində 5 faiz təşkil edən ÜDM-nin 2011-ci ildə 19 faizə çatmasının səbəbi dövlət investisiyalarının kütləvi şəkildə artırılması idi. Belə ki, Efiopiya hökuməti əksər yoxsulların məskunlaşdığı kənd yerlərində məhsuldarlığı artıracaq şəkildə infrastruktura investisiya qoydu.

Eyni şəkildə, Hindistanda da sürətli artımın əsasında investisiyanın əhəmiyyətli dərəcədə artırılması durur. Bu artımın əsas hərəkətverici qüvvəsi özəl mənbələrdən gəlib. Bu isə o deməkdir ki, 1980-ci illərin əvvəllərindən bəri biznes sektoruna qarşı qoyulan maneələr tədricən azaldılır. Ancaq dövlət sektoru da mühüm rol oynamağa davam edir. Son illər həm özəl investisiya, həm də ümumi amil məhsuldarlığı zəiflədiyindən hökumət tədbir görməli oldu.

Latın Amerikasına gəldikdə isə, ümumi hasilatın azaldığı bir regionda Boliviyada illik ÜDM artımının 4 faizdən yuxarı qalması gözlənilir. Boliviya Prezidenti Evo Moralesin ölkənin iqtisadiyyatının əsasında dövlət investisiyasının durduğunu bildirir. 2005-ci ildən 2014-cü ilə qədər ölkədə dövlət investisiyaları ikiqat artıb.



Bilirik ki, dövlət investisiyalarının artmasının sonu yaxşı qurtarmır. BVF tərəfindən aparılan son araşdırmalardan biri göstərir ki, dövlət investisiyalarının ilkin müsbət təsirlərindən sonra zəiflədiyi müşahidə olunur.

Ancaq yerli şəraitdən də çox şey asılıdır. Dövlət investisiyaları Efiopiyada və Hindistanda olduğu kimi, müvafiq olaraq, on il və ya daha uzun müddətə iqtisadi məhsuldarlığı, eləcə də özəl investisiyanı artıra bilər.

Dövlət investisiyalarının mümkün faydaları inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır. Şimali Amerika və Qərbi Avropada da dövlət investisiyalarının artırılması ilə çox şey əldə edilir. Bu ölkələr tələbat və məşğulluğu artırmaq, infrastrukturu bərpa etmək, xüsusilə də yaşıl texnologiyalarda araşdırmalar və inkişafa təkan vermək üçün əlavə dövlət xərclərindən düzgün şəkildə istifadə edə bilərlər.

Adətən bu cür arqumentlərə siyasi müzakirələrdə fiskal balans və makroiqtisadi stabilliklə bağlı etirazlar edilir. Ancaq dövlət investisiyaları dövlət sektorunda əmək haqqı və ya sosial köçürmələr kimi digər növ rəsmi xərclərdən fərqlidir. Dövlət investisiyaları aktivlərin istifadəsindən daha çox toplanılmasına xidmət edir.

Efiopiya, Hindistan və ya Boliviya təcrübələrinin nə ilə nəticələnəcəyini bilmirik. Buna baxmayaraq, bu ölkələrin hər üçü mövcud qlobal iqtisadi şəraitdə səmərəli artım axtarışında inkişaf etmiş ölkələr də daxil olmaqla, digər ölkələrə nümunə olmalıdır.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor