Dünya səhm bazarında dirçəlmə var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:22 | Şərh sayı: (0) | Baxılıb: 245
Dünya səhm bazarında dirçəlmə var
Qlobal “neft bolluğu sindromunu” aradan qaldıra biləcək razılaşma ilə bağlı xəbərlər və neftin 5 faiz bahalaşması fonunda Avropa qiymətli kağız bazarlarında yenidən canlanma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, ticarət sessiyasının sonuna London fond birjasında FTSE 100 (Futsi) indeksi 0.6 faiz qalxaraq, 5.911 vahidə çatıb.
Frankfurt və Paris birjalarında isə aparıcı indekslər 1 faiz artıb. “Brent” markalı neftin bareli 6 faiz qalxaraq, 32 dollar 30 sent olub, ABŞ xam nefti isə 5.4 faiz artaraq 31 dollar 98 sentə çatıb. Neftin bahalaşması amili ABŞ səhm bazarlarına da təsirsiz ötüşməyib. Nyu Yorkda Dow Jones sənaye indeksi günorta saatlarında 1.7 faiz qalxıb, Standard and Poor`s indeksi isə 1.4 faiz artıb.
İqtisadi analitiklərə görə, neftin qiymətinin bahalaşması Opek və qeyri-Opek dövlətlərinin qlobal bazarlardakı “neft bolluğuna” qarşı birgə addımlar atmaq planları ilə bağlı xəbərlərin yayılmasından sonra müşahidə olunub. Habelə dünya səhm bazarlarına Çin amili təsir etməyə davam edir. Çin iqtisadiyyatı böyüməyə davam etsə də, iqtisadi inkişaf tempi xeyli aşağı düşüb və nəticədə daş kömür və dəmir filizə olan tələb kəkin şəkildə azalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər