BMT: Rusiyada istehsalın azalması bütün postsovet məkanına mənfi təsir edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 11:41 | Şərh sayı: (0) | Baxılıb: 227
BMT: Rusiyada istehsalın azalması bütün postsovet məkanına mənfi təsir edib
MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.
APA-nın xəbərinə görə, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016 ” adlı yeni hesabatında deyilir.
Hesabatda bildirilir ki, bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.
“MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7% , 2017-ci ildə isə 1,8% artacaq”, - deyə hesabatda qeyd olunur.
Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2 %-lik artım müşahidə olunacaq.
Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.
Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər