Azərbaycanda quraqlıq TƏHLÜKƏSİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 18:47 | Şərh sayı: (0) | Baxılıb: 269
Azərbaycanda quraqlıq TƏHLÜKƏSİ

Ixlas.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Son 7-8 ildə qlobal iqlim istiləşmələri səbəbindən Azərbaycanda hər il quraqlığın müşahidə olunduğunu deyən M.Həsənovun sözlərinə görə, ölkədə quraqlıq adətən iyulun III ongünlüyündən avqustun I ongünlüyünədək olan müddətdə müşahidə edilir.
M.Həsənov bildirib ki, ötən il iyulun 20-dən avqustun 25-dək ölkədə quraqlıq müşahidə edilmişdi. Bu il quraqlığın müşahidə ediləcəyi gözlənilsə də, onun intensivliyi ötənilki kimi olmayacaq.
Alim qeyd edib ki, bu il qurağlığın iyulun 20-dək avqustun 5-dək olan müddətdə olacağı gözlənilir. Quraqlıq Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcək.
Bu il yayda Azərbaycanda havanın temperaturunun ötən illərlə müqayisədə 1-2 dərəcə yüksək olacağını deyən M.Həsənov əlavə edib ki, cari il quraqlığın müşahidə olunması bitkilərin inkişaf fazasını ləngidəcək, əsasən pambığın, bostan bitkilərinin məhsuldarlığını azalacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər