Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 20:10 | Şərh sayı: (0) | Baxılıb: 640
Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq
Bloomberg nəşrinin ekspertlərinina apardığı tədqiqatlar göstərib ki, 2016-cı ildə ABŞ dolları Kanada dolları, Britaniya funtu və Noveç kronasından başqa bütün əsas rəqiblərinə münasibətdə bahalaşacaq.
Ixlas.Az oxu.az-a istinadən bildirir ki, ən böyük devalvasiyaya Yeni Zellandiya və Avstralia dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5,%-8%).
Bundan əlavə ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronası (təxminən 5%), Yaponiya yenası (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq.
Ekspertlər hesab edirlər ki, dolların möhkəmlənməsinin əsas səbəbi dekabrın ortalarında ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qəbul etdiyi qərardır.
Onların fikrincə, 2016-cı ildə iqtisadi artım davam edərsə uçot dərəcəsi daha dörd dəfə artırıla bilər.
"Çox güman ki, dollar 2016-cı ildə əksər valyutalara münasibətdə bahalaşacaq", - "Brown Brothers Harriman & Co"nun eksperti Mark Çandler hesab edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər