Neft qiymətlərinin düşməsinə görə BP itkilərlə üzləşib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:45 | Şərh sayı: (0) | Baxılıb: 261
Neft qiymətlərinin düşməsinə görə BP itkilərlə üzləşib
BP 2014-cü ildə 3,78 milyard dollar həcmində təmiz gəlir əldə etdiyini bildirib.
Neft qiymətlərinin düşməsi fonunda Britaniyanın BP şirkəti 2015-ci ilin yekunlarına əsasən 6,48 milyard dollar həcmində itki verdiyini bəyan edib.
2014-cü ildə şirkətin təmiz gəliri 3,78 milyard dollar təşkil edib.
BP-nin icraçı direktoru Robert Dudley şirkətin “yeni şəraitə uyğunlaşmasına” dair işlərin aparıldığını deyib.
Ötən ilin əvvəlində BP növbəti 2 il ərzində 4 min iş yerinin ixtisar ediləcəyini bildirib.
Bu işçilərin ümumi sayının 24 mindən 20 minə salınacağını nəzərdə tutur.
Fevral ayında BP-Azərbaycan şirkətində kütləvi ixtisarlar nəticəsində işlərini itirmiş bəzi əməkdaşlar BBC Azərbaycancaya prosesin cəmi bir neçə gün ərzində başa çatdığını bildiriblər.
BP-Azərbaycan ixtisarların qanunvericiliyə "tam uyğun şəkildə" aparıldığını bildirir.
BP ixtisar planları həmçinin Rusiyanın şimalında işləyən 600-dək işçiyə şamil edilir (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər