“Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:08 | Şərh sayı: (0) | Baxılıb: 203
“Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür
Rusiyanın “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov dünya bazarında neftin qiymətinin artacağını düşünür.
Novator.az-ın məlumatına görə, Vahid Ələkbərov Avstriyanın “Format” qəzetinə müsahibəsində deyib ki, ilin sonunadək neftin bir barrelinin qiyməti 60 ABŞ dolları ola bilər.
O deyib ki, “Lukoyl” 2015-ci il üçün dividendlərə 2 milyard 160 milyon dollar ödəməyi planlaşdırır. Şirkət rəhbəri 2015-ci ildə “Lukoyl”un maliyyə vəziyyətinin sabit qaldığını, nisbətən mənfəət olduğunu da vurğulayıb.
Neft son iki ildə 80 dollardan çox dəyər itirib. 2014-cü ilin mart ayında neftin bir barreli 114 dollardan baha olub. 2015-ci ilin yanvarında qiymət 57,34 dollara düşüb. Hazırda isə Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 34,67 dollardır. “AzəriLayt” markalı neftin bir barreli isə 35,98 dollara satılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər