Fəlakətlərdə 23 min insan ölüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 09:09 | Şərh sayı: (0) | Baxılıb: 260
Fəlakətlərdə 23 min insan ölüb
Dünyanın ən böyük təkrar sığorta şirkətlərindən biri olan "Munich Re" şirkətinin hesabatına əsasən, ötən il dünya üzrə təbii fəlakətlər (zəlzələ, daşqın, kəskin istilər və s.) nəticəsində 23 mindən çox insan həlak olub. Bu isə 2014-cü illə müqayisədə üç dəfə çoxdur.
Ixlas.Az "Report"a istinadən bildirir ki, ötən il ən çox insan həyatına son qoymuş təbii fəlakət aprel ayında Nepalda baş verib və 9 min insanın həyatına son qoyub. Bu ölkədə yarım milyon insanın evsiz-eşiksiz qalması ilə nəticələnən zəlzələnin vurduğu zərər 4,8 milyard ABŞ dolları həcmində olub.
Sığorta şirkətinin hesablamalarına görə, ötən il təbii fəlakətlər dünya üzrə insanlara 90 milyard ABŞ dolları həcmində zərər vurub (2014-cü ildə isə 110 milyard dollar). Dəymiş zərərin təxminən üçdəbir hissəsi (27 milyard ABŞ dolları) sığortlanmış əmlak olub.
Hesabatda göstərilir ki, 2014-cü illə müqayisədə ötən il maliyyə baxımından sığorta şirkətləri üçün nisbətən sakit keçib, lakin ölüm hallarının sayı yüksək olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər