Neft 10 dollar olacaq - Britaniya agentliyi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 17:24 | Şərh sayı: (0) | Baxılıb: 313
Neft 10 dollar olacaq - Britaniya agentliyi
Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri dünya bazarlarında neftin qiymətləri ilə bağlı ən bədbin proqnozu açıqlayıblar.
Bu barədə AzVision.az “RBK”-ya istinadən xəbər verir.
Maliyyə təşkilatının ekspertləri bir varelə görə neft qiymətlərinin 10 dollara qədər düşəcəyini istisna etmirlər.
“Biz hesab edirik ki, bazar iştirakçılar daha uzağa getdiklərini etiraf edənə qədər bir barelə görə 10 dollar səviyyəsinə düşə bilər”, - deyə Bankın proqnozunda qeyd olunur.
“Reuters” agentliyi qeyd edir ki, digər banklar da (Barclays, Macquarie, Bank of America, Merill Lynch и Societe Generalе) 2016-cı il üzrə neftin qiymətləri ilə bağlı proqnozlarını pisləşdiriblər.
Xatırladaq ki, bu gün İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,66 dollar azalaraq 30,80 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 11-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar azalaraq 30,56 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti 2004-cü ilin aprel ayında 29,95 dollar/barel olub.
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər