Neft 100 dollar olacaq - Proqnoz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 03:27 | Şərh sayı: (0) | Baxılıb: 403
Neft 100 dollar olacaq - Proqnoz
Rusiyanın "Qazprom" neft şirkəti gələcəkdə bir barel neftin qiymətinin 100 dollar olacağına əmindir.
ANS PRESS-in məlumatına görə, ruslar "qara qızıl"ın dəyərinin azalmasının qısamüddətli olacağını düşünür. Şirkətin rəsmisi Aleksandr Dyukovun fikrincə, gələcəkdə neftin qiymətinin bir bareli 100 dollara qayıdacaq. Dyukov hesab edir ki, bu, 1 ilə baş verəcək.
"Qiymətlərin düşməsi qısamüddətli olacaq. Orta və ya uzunmüddətli vaxt ərzində qiymətlər o səviyyəyə qayıtmağa başlayacaq. Bu hər şey üçün ədalətli və düzgündür. Mən bir barelə 90-100 dollar qiymət haqqında danışıram", - deyə Dyukov "Rusiya 24" telekanalına müsahibəsində bildirib.
Xatırladaq ki, dekabrın 21-də neftin qiymətləri son 11 il ərzində minimuma enib. Brent markasının bir barelinin dəyəri 36,2 dollara düşüb. Sonuncu dəfə belə göstəricilər 2004-cü ildə qeydə alınıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər