BP şirkəti Azərbaycanda iş yerlərini ixtisar edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:05 | Şərh sayı: (0) | Baxılıb: 296
BP şirkəti Azərbaycanda iş yerlərini ixtisar edəcək

"Report"un xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən buna getmək məcburiyyətində qalıb.
Məlumata görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq.
Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər