Nüfuzlu şirkətin səhmləri ucuzlaşdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 223
Nüfuzlu şirkətin səhmləri ucuzlaşdı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Amazon” şirkətinin səhmləri ucuzlaşıb. ANS PRESS-in məlumatına görə, buna səbəb kimi şirkətin satış həcmində müşahidə olunan geriləmə göstərilir. Elektron ticarət platformasının səhmləri 13 faiz dəyər itirib.
Rəsmilər gəlirlərin 35.75 milyard dollara çatdığını açıqlayıblar. Lakin bu, “Wall Street”in pronozundan 200 milyon dollar az olub.
Şirkətin illik gəlir həcmi də proqnozları doğrultmayıb. Ötən il şirkətin gəlirləri 596 milyon dollar olub. Rəsmilər gəlirlərin azalmasına səbəb kimi əməliyyat xərclərinin 18 faiz bahalaşmasını göstəriblər.
Ötən ilin sonuncu rübündə şirkətin gəlirləri 2 dəfədən çox artaraq rekord həddə çatmışdı. Rəsmilər həmin dövrdə gəlirlərin 482 milyon dollar təşkil etdiyini bildiriblər.
Ekspertlər “Amazona.com”a 50 milyona yaxın insanın üzv olduğunu ehtimal edirlər. Lakin dəqiq rəqəmlər açıqlanmır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər