Prezidentin yeni mesajları: "Sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:50 | Şərh sayı: (0) | Baxılıb: 210
Prezidentin yeni mesajları: "Sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib"
Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) son 12 ildə Azərbaycanda əldə olunan uğurlarla bağlı qısa mesajlar paylaşılıb.
İlham Əliyev bildirib ki, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir.
Ölkə başçısı “Son 12 ildə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəb, 600 xəstəxana, 41 Olimpiya İdman Kompleksi tikilmişdir” - deyə yazıb.
Prezident İlham Əliyev son 12 ildə Azərbaycanda müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsinin yaradıldığını və 225 min insanın yeni evlərə köçürüldüyünü qeyd edib.
Dövlət başçısı son 12 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulduğunu və bunun 100 milyard dollarının xarici sərmayə olduğunu bildirib.
İ.Əliyev “Son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmış, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilmişdir. Azərbaycanda müasir turizm infrastrukturu formalaşdırılmış, 300-ə yaxın mehmanxana, dünya səviyyəli kurortlar yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri istifadəyə verilmiş, TANAP layihəsinin icrasına başlanmışdır” - deyə vurğulayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər