Rusiya Ukraynaya 10 gün vaxt verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 23:00 | Şərh sayı: (0) | Baxılıb: 301
Rusiya Ukraynaya 10 gün vaxt verdi
Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz”ına qaza olan borc hesabını göndərib. ANS PRESS-in məlumatına görə, “Naftoqaz” 10 gün ərzində borcunu ödəməlidir.
“Qazprom”la “Naftoqaz” arasında mövcud müqaviləyə əsasən alıcı hər il qaza olan minimum illik məbləği ödəməyə borcludur. Müqavilənin şərtlərinə əsasən, 2015-ci ilin 3-cü rübü ərzində qazın minimum illik miqdarı 10.485 mld kubmetr təşkil edib. Bunu nəzərə alaraq 2015-ci ilin üçüncü rübündə "Qazprom" Ukraynaya 2,549 milyard dollar məbləğində borcun hesabını göndərib”, - deyə “Qazprom”un məlumatında qeyd olunur.
”Ukrayna 2015-ci ilin 3-cü rübündə faktiki olaraq Rusiya qazını almaqdan imtina edib. Bu baxımdan həmin dövrdə “al, ya ödə” qaydasından istifadə etməməklə bağlı heç bir razılaşma olmayıb”, - deyə “Qazprom” şirkətinin rəhbəri bildirib.
2015-ci ildə Ukrayna Rusiyadan cəmi 6.1 mld kubmetr qaz almaqla antirekord vurub. 2014-cü ilin sonunda Ukraynaya 8.197 mld dollar qaz borcu yazılmışdı. 2015-ci ilin iyununda isə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller "Naftoqaz"ın borcunun 26.7 mld-a çatdığını bildirmişdi. Daha sonra isə "Qazprom" hesabı dəqiqləşdirərək Ukrayna şirkətindən ümumilkdə 29 mlrd dollar tələb etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər