Rusiya "kabusa" doğru |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 13:55 | Şərh sayı: (0) | Baxılıb: 326
Rusiya "kabusa" doğru
Dünya bazarlarında neftin qiymətinin 37 dollardan da aşağı düşməsi daha çox Rusiyanı narahat etməyə başlayıb.
Ixlas.Az anspress-ə istinadən xəbər verir ki, neftin qiymətində hər 10 dollarlıq ucuzlaşma Rusiyanın valyuta gəlirlərini 20 milyard dollar azaldır. 2014-cü ildə Rus rublu dollar qarşısında 42% dəyər itirmişdi.
Neftin qiymətində Rusiya üçün qırmızı xətt 35 dollar hesab edilir. Mütəxəssislər hesab edir ki, əgər neft 35 dollardan aşağı düşsə, Rusiyada ciddi iqtisadi böhran yaşanacaq.
İstehsal etdiyi neftin yarıdan çoxunu ixrac edən Rusiya üçün neftin qiymətinin 30 dollardan aşağı düşməsi isə əsl "kabus" kimi dəyərləndirilir.
Neftin bareli hər dəfə 1 dollar ucuzlaşanda isə Türkiyənin enerji xərcləri 400 milyon dollar azalır.
Neftin qiyməti həftə ərzində növbəti dəfə düşərək 11 ildə ən ucuz qiymətə bərabər olub. Brent markalı xam neftin bir barelinin qiyməti 36.40 dollara düşüb.
Neft İxrac Edən Ölkələr ayın əvvəllində keçirilən iclası zamanı hasilat tavanına sadiq qalmayacaqlarını ifadə etmişdilər. Açıqlamadan sonra hasilatın çoxalması neftin qiymətlərinə də təsir etməyə başlayıb. Artıq bir həftədir ki, qiymətlə azalan qrafik üzrə hərəkət edir.
Ekspertlər OPEK üzvlərinin ABŞ-a məxsus bahacıl istehlaçıları bazardan çıxarmaq məqsədi ilə belə bir siyasət təqib etdiyini bildiriblər.
Amerikanın İrana qarşı sanksiyaları ləğv olunduqdan sonra İran da neft hasilatını artırmacağını bəyan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər