Zaqatalada mitinqə çağırış edənlərin saxlanıldığı deyilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 248
Zaqatalada mitinqə çağırış edənlərin saxlanıldığı deyilir
Zaqatala rayon sakini sosial şəbəkədə aksiyaya çağırış etdiklərinə görə yanvar ayının sonunda bir neçə nəfərin həbs edildiyini desə də, rayon məhkəməsi yayılan məlumatı təkzib edir.
Rayon sakini Saleh Soltanovun BBC Azərbaycancaya verdiyi məlumata görə, Facebook sosial şəbəkəsində ötən həftənin şənbə günü günortadan sonraya, mədəniyyət evinin qarşısında mitinq elan olunub və "hamı ora dəvət edilib".
Sakin bildirib ki, təyin olunmuş vaxta 3 gün qalmış "Zaqatalada kütləvi həbslər başlayıb".
"Kim ki, mitinq barədə yazılanları paylaşıb, onu tutublar. Yeddi nəfərə 20-25 sutka həbs verilib", Müsavat partiyasının Zaqatala rayon şöbəsinin sədr müavini Saleh Soltanov deyib.
O, mitinqin "bahalaşma, işsizlik və əhalinin kasıb həyat şəraitinə görə" nəzərdə tutulduğunu da əlavə edib.
Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə BBC Azərbaycancaya həbslər barədə məlumatlı olmadığını deyib.
Zaqatala rayon məhkəməsinin özünü təqdim etməyən işçisi BBC Azərbaycancaya 7 nəfərin həbs edilməsi ilə bağlı "elə bir şey yoxdur" deyib.
Ötən ilin sonunda manatın dəyərinin kəskin azalmasından sonra yanvar ayının 12 və 13-də Azərbaycanın Siyəzən, Lənkəran, Ağcabədi, Füzuli, Beyləqan kimi bölgələrində etiraz aksiyaları keçirilib və sakinlər əsasən işsizliyə və qiymət artımına etiraz edib.
Bir sıra hakimiyyət orqanları bölgələrdəki etiraz aksiyalarının müxalifətin təşkil etdiyini desə də, Musavat və AXCP bu iddiaları təkzib edib (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər