Süni qiymət artımına qarşı monitorinq keçirildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 270
Süni qiymət artımına qarşı monitorinq keçirildi
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirə salınmaz tədbirlər həyata keçirilir.
15 yanvar 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahələrinin, Hüquq-Mühafizə orqanlarının, İctimai Şuranın, Rayon Ağsaqqallar Təşkilatının və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupları yaradılıb, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilib, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunub, aşkar olunmuş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.
Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər