İranlı məhkumun ailəsi prezident İlham Əliyevə müraciət etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:44 | Şərh sayı: (0) | Baxılıb: 264
İranlı məhkumun ailəsi prezident İlham Əliyevə müraciət etdi

Belə məhkumların bir qismi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Onlar Novruz bayramı ərəfəsində gözlənilən növbəti ekstradisiyaya ümid edirlər. Musavat.com-a verilən məlumata görə, belə məhkumlardan biri də 1970-ci ildə Astara şəhərində anadan olmuş İsgəndər Bəhram oğlu Nəhaidir. O, 2010-cu ildə həbs edilib və 13 il azadlıqdan məhrum cəzası alıb. Ancaq vəziyyət elə gətirib ki, İsgəndər Nəhainin hələ də tam dəqiq olmayan növbəti ekstradisiyanı gözləməyə imkanı yoxdur. Onun yaxınlarından aldığımız məlumata görə, 17 yaşlı qızının səhhətində kritik problem yaranıb və vəziyyəti olduqca təhlükəlidir. Həyatda qalma şanslarını günbəgün azalır. Ona görə də onun ailəsi qəzetimiz vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək İsgəndər Nəhainin istisna hal kimi təcili olaraq İrana ekstradisiya edilməsinə yardımçı olmasını xahiş edirlər. Biz də humanizm prinsiplərinə uyğun olaraq İsgəndər Nəhainin yaxınlarının acizanə xahişini nəzərə alaraq onların müraciətini cənab prezidentə çatdırırıq. Ümid edirik ki, soydaşımızın problemi həll olunar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər