Neftin 141 milyard manatı hansı problem həll etdi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 05:44 | Şərh sayı: (0) | Baxılıb: 371
Neftin 141 milyard manatı hansı problem həll etdi?
Son 15 ildə Azərbaycana141 milyard manat neft pulu gəlib... Rəsmi məlumata görə bu pulun 35 milyard manata yaxın hissəsi əsas funksiyası neft gəlirlərini gələcək nəsillərə saxlamalı olan Neft Fondunda qalır. Qalan 106 milyard manat artıq yoxdur, xərclənib... Hərçənd bu məbləğin böyük hissəsinin korrupsiya yemi olduğunu və artqı Azərbaycandan çıxarıldığını iddia edənlər var.
Neftin qızıl dövrü arxada qaldı. İndi bu milli sərvətin üzü necə deyərlər yalnız qaradır, bir barelinin qiyməti təqribən 37 dollardır.
Ancaq uzun illər neftin qiyməti cövlan edib. Hətta 2008-ci ildə onun bir barelinin qiyməti təqribən 150 dollara yüksəlmişdi. Bəs, görək bu illər ərzində Azərbaycana nə qədər neft pulları gəlib? Suallarımıza neft mütəxəssisi İlham Şaban cavab verir:
- İlham bəy, XXI-ci əsrdə Azərbaycan neftdən nə qədər qazanıb?
- Haradasa təqribən 121 milyard manat. Yəni Azərbaycan bu qədər mənfəət neftindən pay qazanıb. Mən təbii ki, XX əsrin son illərində Azərbaycana gələn bonusları bura aid etmirəm. Bir də Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri və onların podratçı təşkilatları son 15 ildə Azərbaycan büdcəsinə 20 milyard manat birbaşa vergi ödəyiblər. Beləliklə, deyə bilərik ki, son 15 ildə Azərbaycan neftdən 141 milyard manat pul əldə edib.
- Sizcə, bu qədər pulla ölkənin hansı problemi tam həll edildi, deyilə bilər?
- Azərbaycanın qarşısında duran əsas problem Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Çox təəssüf ki, bu problem həll edilmədi.
- Hansı əsas problem var idi ki, indi deyə bilərik ki, o həll edilib.
- Deməyə çətinlik çəkirəm...
- Başqa sözlə, sizcə 15 əvvəl diqqət ilk növbədə hansı məsələlərə yönəldilməli idi?
- Birincisi, dövlətin ərazi bütövlüyünün həllinə.
İkincisi, dövlət qurumlarının institusional qaydada formalaşmasına.
Üçüncüsü, isə insan haqları və əməyin dəyərləndirilməsinə.
Yəni, bu pullarla elə bir insan formalaşmalı idi ki, o sözün əsil mənasında daşdan da pul çıxarmağı bacarmalı idi. Nəticədə də indiki çıxılmaz durum yaranmazdı...
- İlham bəy, bəs, sizcə bu 141 milyarddan yadda qalan nəsə işlər görülübmü? Məsələn, rəsmi təbliğatda Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi qeyd edilir. Neft Fondundan ora təqribən 800 milyon manat pul ayrılmışdı...
- Məsələ burasındadır ki, oradakı quyuların əksəriyyəti bir qədər sonra quruyacaq...
- Başqa bir iri xərc 500 milyon manata Bakıda Olimpiya stadionu idi...
- Bilirsiz o stadiondan ildə bir dəfə istifadə edilir. Mənim düşündüyüm elə bir işdir ki, ondan hamı tez-tez faydalana bilsin.
Ancaq etiraf edək ki, müəyyən işlər görülüb. Bakının, regionların siması xeyli dəyişib.
azadliq.org
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər