DTX-də saxlanılan Kərbəlayi Natiqin səhhətində ciddi problem yaranıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:36 | Şərh sayı: (0) | Baxılıb: 317
DTX-də saxlanılan Kərbəlayi Natiqin səhhətində ciddi problem yaranıb
Hacı İlqar: “Kərbəlayi Natiqin həbsini ölkəmiz üçün çox zərərli sayıram”
Sərdar Cəlaloğlu: “Bu, çox ciddi beynəlxalq skandala gətirib çıxara biləcək hadisədir”
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır. Bunu musavat.com-a açıqlamasında N.Kərimovun oğlu Kamran Kərimov deyib.
“Ailə üzvlərindən atamla görüşən olmayıb. Yanvarın 8-də sovqat aparmışdım. Görüşə icazə verilmir. Vəkil də görüşməyib. Atamın səhhətində ciddi problem var. Bunu hamı bilir. Orada onun üçün çox çətin olacaq”- deyə K.Kərimov bildirib. K.Kərimovun sözlərinə görə, N.Kərimov başqa vəkil istəməməsi haqda ailəsinə məlumat göndərib.
Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib. N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.
N.Kərimovun həbs edilməsinin əsas səbəbi kimi bir neçə gün əvvəl Nardaran Ağsaqqallar Şurasının adından İran-Səudiyyə Ərəbistanı münasibətləri ilə bağlı yayılan bəyanatın olduğu da iddia olunur.
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu N.Kərimovun həbsinə münasibət bildirib. İ.İbrahimoğlu N.Kərimovu vətənpərvər şəxs kimi tanıdığını deyib: “Hörmətli Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram. Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı. Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qəti imkan tədbirinə məruz qoymaq - qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm”.
Siyasi fəaliyyətini də aktiv şəkildə davam etdirən N.Kərimovun həbsinə ADP sədri Sərdar Cəlaloğlu da münasibət bildirib: “İslam Partiyasının sədri Hacı Əlikram da eyni ittihamla həbs edilmişdi. O, İrana casusluqda suçlanırdı və 10 il həbs cəzası almışdı. Bu da olduqca qaranlıq məsələdir. Hakimiyyətin əlində hər hansı fakt olmasa, kimisi bir dövlətə casusluqda ittiham edə bilməz. Çünki casusluqda ittiham edilən insandan daha çox ittiham olunan tərəf buna reaksiya verəcək. Yəni İran da bununla bağlı bir izahat ortaya qoymalıdır. İran ya bunu təsdiq edib Azərbaycan vətəndaşlarını casusluğa cəlb etdiyini etiraf etməlidir, ya da bunu təkzib edib hüquqi yolla bu məsələni həll etməlidir. Buna iqtidar-müxalifət münasibətlərinin və ya bir insanın hüquqlarının pozulması kimi baxmaq olmaz. Bu, çox ciddi bir beynəlxalq skandala gətirib çıxara biləcək hadisədir. Azərbaycan hüquq-mühafizə orqanları məsuliyyət hissini itirməyib ki, beynəlxalq konfliktə gətirib çıxara biləcək, xüsusilə də İran kimi Azərbaycanla sıx bağlı olan bir ölkə ilə münasibətləri poza biləcək ittiham irəli sürsün.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər