İlham Mirzəyev azadlığa çıxmaq istəyir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:06 | Şərh sayı: (0) | Baxılıb: 289
İlham Mirzəyev azadlığa çıxmaq istəyir
"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib.
Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə hazırlıq iclası keçirilib.
2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib. Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apelyasiya şikayəti verib.
İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub.
İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib.
İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir./Azadlig.org/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər