Prezident İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə əsas prioritet olacaq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 21:26 | Şərh sayı: (0) | Baxılıb: 440
Prezident İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə əsas prioritet olacaq”
Prezident İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) ölkənin iqtisadiyyatına dair qısa mesajlar paylaşılıb.
Prezident İ.Əliyev “Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmiş, ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir”, - deyə yazıb.
Ölkə başçısı ötən il Azərbaycan iqtisadiyyatının artdığını, sənaye istehsalının 2,4 faiz, qeyri-neft sənayesinin isə 8,4 faiz çoxaldığını qeyd edib.
Prezident İ.Əliyev 2015-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulduğunu və Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayıb.
Ölkə başçısı ötən il Azərbaycanda bütün sosial proqramların icra edildiyini, heç bir ixtisar olmadığı da bildirib.
Prezident İ.Əliyev “Azərbaycanda iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır”, deyə qeyd edib.
Ölkə başçısına məxsus twitter hesabından paylaşılan qısa mesajları təqdim edirik:
- Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir. Azərbaycanın mövqeyi haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.
- Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa, riskləri azaltmağa və əməkdaşlığı daha da dərinləşdirməyə çalışacaq.
- Bütün çətinliklərə, beynəlxalq iqtisadi, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək.
- Yaxın Şərqdən qaçqın və köçkün vəziyyətinə düşmüş və Avropaya pənah aparan yüz minlərlə insanın aqibəti vaxtilə çox böyük humanitar fəlakətlə üzləşmiş Azərbaycanı narahat edir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür.
- Ermənistan sülh istəmir, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq, vaxt uzatmaq istəyir və danışıqları sadəcə, bir proses kimi qəbul edir.
- Azərbaycan bütün imkanlardan, siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edərək, döyüş potensialını gücləndirərək, münaqişənin həllini yaxınlaşdıracaq.
- İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik Azərbaycanı narahat edir. Çünki Azərbaycanın hər iki ölkə ilə yaxın əlaqələri vardır.
- Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları müsəlman aləmində əlaqələrin daha da yaxınlaşmasına, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılmasına xidmət edəcək.
- Azərbaycan dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini davam etdirəcək.
- BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi BMT-nin Azərbaycanın bu istiqamətdə gördüyü işlərə verdiyi böyük qiymətdir.
- Azərbaycanın sivilizasiyalararası dialoqun inkişafı sahəsində ciddi nailiyyətlər əldə etdiyi nəzərə alınaraq, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər