Rusiya əhalisinin real gəlirləri 4 faiz azalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:37 | Şərh sayı: (0) | Baxılıb: 273
Rusiya əhalisinin real gəlirləri 4 faiz azalıb
2015-ci ildə Rusiya əhalisinin real gəlirləri 2014-cü illə müqayisədə 4% aşağı düşüb. Novator.az xəbər verir ki, Federal Statistika Xidmətinin yanvarın 25-də yaydığı hesabatda belə deyilir.
Hesabata görə, ötən ilin dekabrında əhalinin real gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalıb, amma 2015-ci ilin noyabrı ilə müqayisədə 43,4% artıb.
Məlumata əsasən, 2015-ci ildə rusiyalıların adambaşına orta gəliri 2014-cü illə müqayisədə 10,1% artaraq 33 min 311 rubl (382 ABŞ dolları) təşkil edib. Ötən ilin dekabrında isə artım 11,2% təşkil edərək 45 min 212 rubla (570 dollar) çatıb.
2015-ci ildə Rusiyada işçilərin orta aylıq əməkhaqqı 2014-cü illə müqayisədə 4,6% artaraq 33 min 925 rubl (428 dollar) olub. Dekabr ayında isə 2014-cü ilin həmin dövrü ilə müqayisədə 1,6% artım qeydə alınıb və orta aylıq əməkhaqqı 42 min 684 rubla (538 dollar) çatıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər