Dünyanın ən böyük banklarından biri məhkəməyə verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 245
Dünyanın ən böyük banklarından biri məhkəməyə verildi
Dünyanın ən böyük banklarından biri “Barclays”a qarşı məhkəmə işi açılıb.
ANS PRESS-in məlumatına görə, hüquqi prosesi başladan şəxs bankın büdcəsinə xaricdən yatırım cəlb edən Amanda Steyvlidir. Steyvli sahibi olduğu PCP Kapital Partners şirkətinə 700 milyon funt-sterlinq (1 milyard 598 milyon AZN) zərər dəydiyini açıqlayıb. Lakin o, zərərin dəqiq nə ilə bağlı olduğunu deməyib.
PCP Kapital Partners 2008-ci ildə “Barclays” bankına 3.5 milyard dollar həcmində maliyyə vəsaiti cəlb edib. Həmin maliyyə vəsaiti Birləşmiş Ərəb Əmirliklərinin hazırkı baş nazir müavini Mənsur bin Zeyd əl-Nəhayyana məxsusdur. Bank bu yatırımdan 5.3 milyard dollar gəlir götürüb.
Bank rəhbərliyi Mənsur bin Zeyd əl-Nəhayyan ilə razılığa gəlmək üçün qətərli investorların da dəstəyini qazanmaq məcburiyyətində qalıb. Qurum investorları yola gətirmək üçün onlara gizli olaraq 322 milyon funt-sterlinq (735 milyon AZN) ödəyib. Böyük Britaniyanın maliyyə nizamlaması və nəzarəti idarəsi banka qarşı bu cür ittihamlar səsləndirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər