Rusiyada dollar rekord həddə bahalaşdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 17:45 | Şərh sayı: (0) | Baxılıb: 295
Rusiyada dollar rekord həddə bahalaşdı
Rusiyada dollar və avronun məzənnəsi tarixində ən yüksək həddə çatıb.
Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 avro 62,82 qəpik yüksələrək 83,437 rubl olub. Dolların rəsmi məzənnəsi isə 65,34 qəpik artaraq 76,604 rubl olub.
Hər iki valyutanın birgə məzənnəsi əsasında müəyyən edilən bivalyuta səbətinnin qiyməti 64,21 qəpik artaraq 79,679 rubl təşkil edib. Qeyd edək ki, avronun bu günkü məzənnəsi tarixində ən yüksək həddədir. Dolların məzənəsi isə 1998-ci ildəki denominasiyadan sonra indiyədək ən yüksək həddə çatıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər