Çindəki böhran ABŞ bazarlarına da təsir etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:59 | Şərh sayı: (0) | Baxılıb: 251
Çindəki böhran ABŞ bazarlarına da təsir etdi
Çinin səhm bazarında qeydə alınan qarışıqlıq Amerikanın maliyyə bazarına da mənfi təsir edib. ANS PRESS-in məlumatına görə, “Wall Street”in səhmləri kəskin şəkildə aşağı düşüb. “Dow Jones” və “S&P 500” fond birjasının indeksləri 2.3 faiz dəyər itirib. Amerikanın iri bankları “Citigroup” və “Morgan Stanley”nin səhmləri 5 faiz dəyər itirib. Texnologiya nəhəngləri “Apple” 4.2, “Amazon” 3.9, “Facebook” 4.9 faiz dəyər itirib.
Çin yuanının zəifləməsi, neftin qiymətlərinə də təsir edib. “Brent” markalı neftinin 1 barelinin qiyməti 32.62 dollara düşüb. Bu 12 ildə ilk rekord göstərici olub.
Çinin səhm bazarında ticarət sessiyasının dayandırılmasına səbəb indeks dəyərinin 7 faizdən aşağı düşməsi olmuşdu. Hökumət artıq həftə ərzində ikinci dəfədir ki, bu mexanizmi tədbiq edir. Lakin investorların kəskin etirazları hökuməti mexanizim ləğv etməyə vadar edib.
Ticarətin dayandırılması Avropanın da maliyyə bazarında təsirsiz ötüşməyib. Böyük Britaniyanın Futsi 100 indeksi 2 faiz, Almaniyanın fond birjası 2.3 faiz, Fransanın CAC 40 indeksi isə, 1.7 faiz dəyər itimirşdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər