Ziya Məmmədova məxsus şirkətin qarşısında aksiya |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 21:58 | Şərh sayı: (1) | Baxılıb: 546
Ziya Məmmədova məxsus şirkətin qarşısında aksiya
Yanvarın 19-da metronun “28 May” stansıyasının qarşısında yerləşən yeraltı Ticarət Mərkəzinin icarədarları aksiya keçirib. Onlar icarələrin çox baha olmasından narazı olduqlarını bildiriblər.
Adının açıqlanmasnı istəyən icarədalardan birinin Meydan TV-yə verdiyi məlumata görə ticarət mərkəzində icarələr 4500-6000 manat civarındadır:
"İcarə haqları çox bahadır. Bazara 1500 manat icarə pulu ödəyirik. Amma mağaza sahibləri 5500-6000 manat ödəməyimizi istəyir. Bizim də buna gücümüz çatmır".
Şikayətçinin sözlərinə görə, bazara “Qarant Siğorta”nın tərkibində olan "Royal Estate" şirkəti nəzarət edir.İcarədarlar bu gün icarə haqlarının azaldılması tələbi ilə şirkətə üz tutublar:
"Şirkətdən bizi dedilər ki, biz mağaza sahiblərinə heç nə deyə bilmərik".
İcarədar deyir ki, ayda ödədikləri ən aşağı məbləğ 4500 manatdır:
"Camaatın da tələbi o idi ki, 1500 bazara verəndə, heç olmasa, 1500 manat da dükan sahiblərinə verək. Bu 6 ildə ödəmişik də. 10 gün əvvəl də gəlmişdik. Lakin heç bir nəticə olmadı. Bugünkü gündə çox çətindir. 3000 manatı da ödəmək çətindir. Qalır ancaq mağaza sahiblərinin insafına".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər