RSS
 

Login:
Şifrə:
» » Prezidentin islahatlar mesajına ilginc reaksiyalar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Prezidentin islahatlar mesajına ilginc reaksiyalar

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 252

Prezidentin islahatlar mesajına ilginc reaksiyalar


Prezidentin islahatlar mesajına ilginc reaksiyalarƏli Məsimli: “Neftsiz də pul qazanmağı bacaran çevik hökumət modelinə keçmək lazımdır”; Zahid Oruc: “İslahatların alternativi yoxdur və hər hansı komanda üzvü bunu qəbul etmirsə, onu yeni idarəçilik üslubu avtomatik kənara atacaq”
“Azərbaycanda həyata keçirilən özəlləşdirmə ölkədə sahibkarlığın dairəsinin genişləndirilmsində mühüm rol oynayıb. Bu sahədə müsbət məqamlar məlum olmaqla yanaşı, neqativlər də olub”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri prezidentin 26 yanvarda hakim komandanın üzvləri və sahibkarlarla görüşü zamanı özəlləşdirmə prosesinin davam etdirilməsi ilə bağlı çıxşını “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Deputatın sözlərinə görə, ölkədə özəlləşdirmə prosesinin aparılması üçün imkanlar var, amma bəzi şərtlərə əməl olunması zəruridir: “Özəlləşdirilən vacib müəssisə və sahələrdə iki ciddi problem - effektli sahibkar və özəlləşdirilən obyektin rəqabət qabiliyyətli səviyyəyə gətirib çıxarmaqdan ötrü zəruri olan həcmdə sərmayə qoyulması məsələsi öz həllini tapmadığından, kimlərsə bir sıra vacib müəssisələri alıb, qapısına qıfıl vurub, işə salmaq istiqamətində heç bir iş görməyib. Digərləri özəlləşən müəssisəni lazımi səviyyədə işlədə bilmir və sair. Ona görə də yerli və xarici mütəxəssislərin köməyi ilə Azərbaycanda indiyədək həyata keçirilən özəlləşdirmə obyektiv təhlil edilməli, onun müsbət cəhətləri inkişaf etdirilməli, neqativləri isə sözügedən həmin iki səhvi buraxmadan aradan qaldırılmalıdır”.

Ə.Məsimlinin sözlərinə görə, bu istiqamətdə çox iş görmək olar: “Xüsusən regionlarda özəlləşdirilib, indiyədək işləməyən müəssisələrin hələ potensial bazarını itirməyən ümidverici hissəsinin məsələsinə yenidən baxılması, xüsusi sağlamlaşdırma proqramları hazırlanıb həyata keçirilməsi və onların inkişafı, AZAL, eləcə də su, işiq, qaz və sair kommunal və digər xidmətlərlə bağlı sahələrin optimal variantda özəlləşdirilməsi və ya uzunmüddətli istifadəyə verilməsi məsələsinin həll edilməsi, Dövlət Neft Şirkətinin əsas özəyi, strateji blokları istisna olmaqla, dövlət mülkiyyətində olan digər sahələrin birinci mərhələdə nəzarət səhm paketi - 51 faiz - dövlətin əlində qalmaqla, səhmlərin qalan hissəsini satılması yolu ilə özəlləşdirilməyə gedilməsi”.

Deputat bildirdi ki, bu prosesin həyata keçirilməsi zamanı bir necə məsələnin optimal kombinasıyasına nail olmaq lazımdır: “Birincisi, özəlləşmə zamanı iki ciddi problem - effektli sahibkar və özəlləşdirilən obyekti rəqabət qabiliyyətli səviyyəyə gətirib çıxarmaqdan ötrü zəruri olan həcmdə sərmayə qoyulması məsələsinin həlli mütləq vacibdir. İkincisi, özəlləşdirilən müəssisə və obyektlərə fərdi və differensial yanaşma olmalıdır. Məsələn, elə dövlət obyektləri var ki, - məsələn, AZAL - onların özəlləşdirilməsində büdcəyə yetərincə əlavə vəsaitin daxil olması, elə müəssisə var ki, - məsələn, indiyədək hansısa rayonda bağlı qalan qida istehsalı müəssisəsi - onun özəlləşdirmə qiyməti yox, tez bir zamanda işə salınıb səmərəli fəaliyyət göstərməsi prioritet olmalıdır. Üçüncüsü, özəlləşdirmə yolu ilə ənənəvi sahələrin bərpası. Elə sahə var ki, məsələn, Şəki İpək İstehsalat Birliyinin özəlləşdirilməsinin indiyədək olan nəticələri obyektiv araşdırılmalı, burada ipəkçilik kimi ənənəvi sahənin bərpası, əhalinin yüngül sənayenin yerli məhsulları ilə təminatının yaxşılaşdırılması, Şəkidə işsizliyin azaldılmasına sanballı töhfə, xaricə rəqabət qabiliyyətli malların çıxarılması və bu sahənin valyuta gətirən sahəyə çevrilməsi əsas kimi götürülməlidir. Dördüncüsü, özəlləşdirilən və ya uzunmüddətli istifadəyə veriləcək, məsələn, əhalinin və obyektlərin enerji, su, qaz təchizatı və sair sahələrdə əhaliyə davamlı və keyfiyyətli xidmət, şəffaflıq, həmin sahələrdə korrupsiya kimi neqativlərin aradan qaldırılması prioritet olmalıdır. Beşincisi, özəlləşdirmə vasitəsi dövlət büdcəsinin əlavə maliyyə yükündən, subsidiyalardan və sairdən azad edilməlidir. Məsələn, AZAL-a dövlət dəstəyi. Bu sahədəki lüzumsuz dövlət xərclərindən azad olmaq, həm də onların xaricdən aldıqları kreditlərə dövlət təminatı verib, ödənilməyəndə dövlət tərəfindən mütləq ödənilməsi işindən qurtulmaq və sair. Altıncısı, Dövlət Neft Şirkəti istisna olmaqla - Rusiyada və digər yerlərdə neftlə bağlı sahələrin özəlləşdirilməsinin mənfi məqamlarına baxıb, nəticə çıxarmaq və bu sahənin dövlət mülkiyyətində qalması daha düzgün variantdır - dövlət mülkiyyətində olan digər sahələrin çoxunun nəzarət səhm paketini (51 faiz) əldə saxlamaqla özəlləşdirməyə və ya uzunmüddətli istifadəyə vermək olar. Yeddincisi, özəlləşdirmənin investor tərəfindən xüsusi sağlamlaşdırma proqramı ilə paralel həyata keçirilməsi”.



Bəzi ekspertlər hesab edir ki, islahatları bu komanda ilə aparmaq mümkün deyil, ona görə də komanda yenilənməlidir. Ə.Məsimli də mövcud komanda ilə islahatların həyata keçirilməsini mümkün saymır: “Doğrudur, indiki komandada öz sahəsini professional səviyyədə bilən adamlar var və onlar əllərindən gələni edirlər. Amma bu, azdır. Azərbaycanda yaranmış vəziyyətdən az itki ilə və etibarlı şəkildə çıxıb, davamlı inkişaf, real tərəqqi və əhalinin əksəriyyətinin güzəranının Azərbaycanın potensial imkanlarına layiq səviyyədə yaxşılaşdırılması yoluna çıxmaqdan ötrü, kadr islahatları ilə birgə ciddi struktur islahatları həyata keçirmək lazımdır. Daha çox neft pullarını xərcləmək üzrə ixtisaslaşan hökumət modelindən, neftsiz də pul qazanmağı bacaran çevik hökumət modelinə keçmək lazımdır. Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və manatın dollara nisbətdə dəyərdən düşməsinin yaratdığı problemlərin həllinə yönəlik qısa, orta və uzun müddətə səmərə verən tədbirlərin effektiv kombinasiyasını özündə əks etdirən radikal islahatlar proqramı və ölkədə yaranmış yeni situasiyaya adekvat hərəkət edə, indiki kadrların da bir hissəsindən səmərəli və yerində istifadə etməklə, həmin proqramı həyata keçirə bilən müasir təfəkkürlü insanların və texnokratların çoxluq təşkil etdiyi mobil, dünyada baş verən proseslərə operativ və dəqiq reaksiya verib, həyata keçirilən iqtisadi siyasətə gecikmədən yaradıcılıqla zəruri korrektələr etməyi bacaran və həm də öz şəffaf və səmərəli fəaliyyəti ilə oliqarxiyanın ölkə iqtisadiyyatına ziyanlı təsirinin azaldılmasına yönəlmiş fəailiyyət göstərə bilən komanda lazımdır”.



Məmurları davamlı şəkildə tənqid etməklə və islahatlara çağırmaqla son günlər diqqət mərkəzində olan deputat Zahid Orucun isə prezidentin dediklərinə reaksiyası aşağıdakı kimi oldu: “Prezident tribunaya çıxan biznes adamlarının dili ilə səsləndirilən problemlərin gerçək miqyasını hamıdan yaxşı bilir və rəsmi tədbirlərin sərt qərarların alınması meydanı olmadığını da nəzərə almalıyıq. Bizim böyük sahibkar ordusu inqilabi islahatların və yeni postneft dövrü dəyişikliklərinin onun qapısını döydüyünü yaxşı görür. Çünki icra orqanları kəskin ictimai təzyiq qarşısındadırlar. Məmurlar isə cəmiyyətin sosial tələblərini daşımaq gücündə deyillər. Çıxış yolunun bürokratizmin və qanunsuz tələblərin dayandırılması olduğunu hər kəsdən daha sərt şəkildə ölkə rəhbərinin özü dilə gətirir. Lakin möhtərəm prezidentimiz bütün cəbhə boyu keçmiş iqtisadi quruluşa və icra komandasına qarşı mübarizə elan etməsinin nəticələrini də hesablayır və fərqli bir yol xəritəsi seçməsinə səbəb də budur. Gəlin razılaşaq ki, hər bir narazı insanın arzuları ilə dövləti yönləndirmək çox çətindir. Çünki qanunsuzluğa qarşı tədbirlər seçilərkən böyük müqavimətləri qırmaq gərək olduğunu nəzərə almalıyıq. Lakin islahatların alternativi yoxdur və hər hansı komanda üzvü bunu qəbul etmirsə, onu yeni idarəçilik üslubu avtomatik kənara atacaq”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor