Deputatdan ilginc Amerika- Azərbaycan müqayisəsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 09:34 | Şərh sayı: (0) | Baxılıb: 247
Deputatdan ilginc Amerika- Azərbaycan müqayisəsi
Əli Məsimli: “ABŞ dolların həddən artıq bahalaşmasının, Azərbaycan isə manatn həddən artıq ucuzlaşmasının qarşını almağa çalışır”
“Azərbaycan iqtisadiyyatının Amerikadakı təcrübədən yararlanması bir qədər mücərrəd məsələdir. Əgər fərdi təcrübədən söhbət gedirsə, indi internet əsridir və öz üzərində işləyən istənilən mütəxəssis Amerika təcrübəsini yetərincə billir. Yox, əgər ümumiyyətə, Amerika təcrübəsindən söhbət gedirsə, burda məsələ xeyli düşündürücü və həm də bizə tətbiq baxımından qəliz məsələdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli Azərbaycanın düşdüyü böhranlı durumdan çıxış yollarını şərh edərkən bunları söyləyib. Qeyd edək ki, bir sıra ekspertlər inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ-ın təcrübəsindən yararlanmaqla kritik vəziyyətdən çıxmağı zəruri sayır. Uzun aylardır ABŞ-da işləyən iqtisadçı alim Qubad İbadoğlu da Amerikada həyat səviyyəsinin yüksək olduğunu, Azərbaycanda ən gəlirsiz sahələr hesab olunan sahələrdə çalışan peşə sahiblərinin yüksək məvaciblər aldıqlarını, bütün kateqoriyalı insanların normal yaşayış imkanlarına malik olduğunu deyib.
Bu mənada Azərbaycanda da müəyyən addımların atılması mümkün hesab edilir. Hətta hökumətə təqdim olunan antiböhran tədbirlərində bu detalların da əksini tapdığı iddiası var. Lakin Ə.Məsimli hesab edir ki, məsələyə daha real prizmadan yanaşmaq lazımdır: “Bu, real deyil. Əvvəla, ona görə ki, ABŞ və Azərbaycan hər ikisi bazar iqtisadiyyatı ölkəsi adlandırılsa da, fərqlı inkişaf modelləri əsasında gedən və inkişafın müqayisə olunmaz dərəcədə müxtəlif mərhələrində olan ölkələrdir. Amerika təcrübəsi liberal bazar iqtisadiyyatı modelinin klassik nümunəsidir. Amerika həm də postindustrial cəmiyyətin super nümunəsidir. Azərbaycan isə konstitusiyasında sosial yönümlü bazar iqtisadiyyatı qurmağı hədəfləsə də, hələlik postsovet məkanının əksər ölkələrində olduğu kimi, sosializmdən kapitalizmə keçidin nomenklatura kapitalizminə daha çox uyğun gələn mərhələsindədir. Hazırda ölkəmizdə bunun sındırılması və səmərəli fəaliyyət göstərən bazar modelinin formalaşdırılması istiqamətində islahatlara başlanılıb”. Deputatın fikrincə, digər bir məqam isə bundan ibarətdir ki, hazırda Amerika sürətlə inkişaf edir deyə, milli valyutası - dollar möhkəmlənir: “İqtisadiyyatı neftdən asılı ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycanda da çox mürəkkəb durum yaranıb və milli valyuta - manat dollara nisbətdə dəyərsizləşir. Ona görə də indiki mərhələdə ABŞ və Azərbaycan tamamilə fərqlı problemlərin həlli ilə məşğuldur. ABŞ dolların həddən artıq bahalaşmasının, Azərbaycan isə manatın həddən artıq ucuzlaşmasının qarşını almağa çalışır. Bu baxımdan hazırda biz daha çox neftin qiymətinin aşağı düşməsi nəticəsində iqtisadiyyatı böhranlı vəziyyətinə düşmüş ölkələrin təcrübəsinin həm səhvlərlə dolu mənfi tərəflərinə diqqət etməklə onların buraxdıqları səhvləri təkrar etməsək, həm də müsbət cəhətlərini tənqidi təhlil edib nəticə çıxarsaq, işimizə daha çox yarayar”.
Bəs, biz istəsək amerikan modelinə keçə bilərikmi? Ə.Məsimli: “Amerikan modeli sürətli iqtisadi tərəqqiyə aparan çox unikal modeldir. İqtisadi və sosial həyatın qarşılıqlı əlaqəsinin amerikan modeli, bir tərəfdən, yüksək əmək məhsuldarlığına, səmərəliliyə, digər tərəfdən isə kütləvi surətlə şəxsi uğura nail olmaq əsasında qurulub. Orada əhalinin daha aktiv hissəsinin varlanması üçün maksimum şərait yaradılıb. Aztəminatlı qruplara isə güzəşt və müavinətlər hesabına məqbul həyat səviyyəsi təmin edilir. Bu model insan təbiətinin əsas məqamlarının incəliklərini özündə əxz etdirə bildiyindəm çox maraqlı modeldir. Həyatda mümkünsüz şey yoxdur. Kim bilir, bəlkə də nə vaxtsa bu modelə müraciət etmək aktuallıq kəsb edəcək. Amma indiyə qədər bu modelə keçmək istəyənlərin nəticələrindən çıxış edərək demək olar ki, indi istəsək belə bu modelə keçə bilmərik”.
Ekspert deyir ki, bunun səbəbi çoxdur: “Təhsilin səviyyəsi, elmi, texniki tərəqqinin praktikaya tətbiq dərəcəsi ilə bağlı, hüquqi, iqtisadi, sistem xarakterli səbəblərlə bağlı və sair. Əsas səbəb isə budur ki, Amerikan modeli daha çox məhz amerikan təbiətli insan amili üzərində qurulub. Azərbaycanda isə obrazlı şəkildə ifadə etsək, o modeli gerçəkləşdirməkdən ötrü yetərli sayda amerikan yoxdur. Ona görə də biz öz təcrübəmizi obyektiv təhlil edib çatışmazlıqları aradan qaldırmaq müsbət tərəflərini isə inkişaf etdirməklə, eləcə də qabaqcıl dünya təcrübəsindən yaradıcılıqla yararlanaraq öz inkişaf modelimizi optimallaşdırmaqla böhranı daha tez səngidə və daha yüksək nəticələrə nail ola bilərik”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər