RSS
 

Login:
Şifrə:
» » “Hökumət yaranan vəziyyətlə bağlı tədbirlər hazırlayır”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Hökumət yaranan vəziyyətlə bağlı tədbirlər hazırlayır”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:46 | Şərh sayı: (0) | Baxılıb: 320

“Hökumət yaranan vəziyyətlə bağlı tədbirlər hazırlayır”


“Hökumət yaranan vəziyyətlə bağlı tədbirlər hazırlayır”


Əli Məsimli: “Süni qiymət artımına görə Azərbaycan ailələri ildə üst-üstə 180 milyon manat itirirlər”
Manatın və neftin dəyərsizləşməsi Azərbaycan vətəndaşlarını kifayət qədər çətin situasiya ilə üz-üzə qoyub. Mövcud vəziyyətdən çıxmağın yolları haqqında ən müxtəlif təkliflər səslənir, çağırışlar edilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə durumun təhlilinə yönəlmiş söhbəti sizə təqdim edirik:

- Deputat həmkarınız Vahid Əhmədov bizə bildirib ki, Əli Məsimli ilə birgə hökumətə təkliflər göndərib. Maraqlıdır, o təkliflərdə konkret nələr var?

- Təbii ki, təkliflərimiz əhalinin xeyrinədir. Bu, müzakirələr qapalı iclasda aparıldığından, açıqlamanı indi yox, təkliflər paketimiz üzə çıxanda verəcəyik.

- İqtisadçı ekspert Azər Mehtiyev deyib ki, hökumətin nədənsə narahat olduğu görünmür. Doğrudanmı belədir? Siz hökumətlə təmasda olursunuz, hökumət nəyi gözləyir və niyə narahat deyil?

- Bəlkə də kənardan elə görünür. Amma realda belə deyil. Hökumət devalvasiyadan sonra Azərbaycanda yaranan vəziyyətlə bağlı tədbirlər hazırlayır. 21 dekabr devalvasiyasından sonra durum heç də asan deyil ki, standart təkliflərlə vəziyyətdən çıxmaq mümkün olsun.

Məncə, 21 dekabra qədər hökumət hansısa formada toplantı keçirib, 21 dekabr devalvasiyasının nəticələrini yumşaltmaq üçün tədbirləri özündə əks etdirən planı müzakirə etməli və devalvasiyanın səhəri günü bunu xalqa açıqlamalı idi. Düşünürəm ki, yaxınlarda 2015-cı ilin yekunlarına dair müşavirədə sözügedən istiqamətlərdə görülməsi zəruri olan işlər açıqlanacaq.

- Neft ucuzlaşmaqda davam edir. Bu, neftdən asılı ölkə üçün heç də yaxşı perspektiv vəd etmir...

- Son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu azalmağa başlasa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin qiymətinin aşağı düşməsi nəticəsində, dolayısı ilə dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycanın ümumi daxili məhsulunun 35%-dən çoxu, büdcə gəlirlərinin 60%-ə qədəri, xarici ticarətin 90%-dən çoxu neft amili ilə bağlı olduğundan, neft ixracından daxil olan gəlirlərin, deməli, Dövlət Neft Şirkətinin, Azərbaycanda çalışan xarici neft şirkətlərinin, həm də Dövlət Neft Fondunun gəlirlərini azaldır. Azərbaycan əksər enerjidaşıyıcılı ölkələrdən biri kimi neftin qiymətinin azalması nəticəsində gözlənilən gəlirlərin xeyli hissəsinin itirilməsi mərhələsini yaşayır. Son illər neftdənkənar sahələr kifayət qədər yüksək sürətlə - ildə 8-10 faiz artsa da, qeyri-neft sektorundakı bu cür yüksək artım templəri hesabına Azərbaycan iqtisadiyyatında müsbət dinamizm davam etsə də, bu iş lazım olduğundan xeyli gec başladığından, hələlik həmin sahələrin gəlirləri itirilən böyük neft gəlirlərini kompensasiya etməyə qadir deyil. Bu isə bütövlükdə ölkə iqtisadiyyatına, onun real, maliyyə və sosial sektoruna mənfi təsir göstərir. Ən ciddi proseslər isə manatın bir il ərzində iki dəfə devalvasiyaya uğraması nəticəsində yaranan çətinliklərdən doğur.

- Gerçəklik belədir ki, əhali bu gün gərginlik içindədir. Manatın sürətlə dəyərdən düşməsi və zəruri istehlak mallarının qiymətinin qalxması halında orta statistik azərbaycanlıya təcrübəli iqtisadçı kimi hansı məsləhətlər verə bilərsiniz? Məsələn, ilk 2-3 təklifiniz nə ola bilər?

- Qiymət artımı əvvəlcə xaricdən gələn mallar və xaricdən gələn xammal və material əsasinda istehsal olunan mallardan başlayır, amma bir müddətdən sonra həmin meyllərin təsiri ilə yerli malların qiymətləri də xaricdən gətirilən malların qiymət artımı arxasınca sürüklənməyə başladığından, yerli mallar da bahalaşmağa başlayır. Amma avtomatik yox, bir müddətdən sonra. Ona görə də manatın ucuzlaşmasından dərhal sonra əksər malların qiymətlərinin 50 faiz artmasını, yəni cəmi bir gün sonra operativ surətdə Azərbaycanın özündə istehsal olunan malların da kəllə-çarxa qalxmasını düzgün hesab etmirəm. Qiymət artımı 21 dekabrdan sonra haqqı ödənilərək gətirilmiş mallardan başlamalıdır. Yoxsa bütün ölkələrdə neçə faiz devalvasiya olursa, həmin faiz qədər də inflyasiya olardı.

Digər ölkələrin təcrübəsinə baxsaq, görərik ki, əslində belə deyil. Yəni əgər ölkədə, məsələn, 20 faiz devalvasiya olursa, məhz həmin ölkənin özündə istehsal olunan malların ümumi istehlakda payının və ödəmə qabiliyyətli tələbin təsiri ilə bu heç də 20 faiz səviyyəsində inflyasiyaya, yəni ümumi qiymət artımına səbəb olmur. Yeri gəlmişkən, bizdə ödəniş qabiliyyətli tələbi nəzərə alan yoxdur. Belə ölkələrdə 20 faizlik devalvasiya fonunda 6-8 faiz inflyasiya yaranır. Bizdə də monitorinqlərin dairəsi genişləndirilməli, təbii qiymət artımı ilə süni qiymət artımı bir-birindən fərqləndirilməli və süni qiymət artımının qarşısı alınmalıdır. Çünki süni qiymət artımına görə Azərbaycan ailələri ildə öz büdcələrində üst-üstə 180 milyon manat itirirlər. Bununla yanaşı, dövlət təbii qiymət artımının əhaliyə vurduğu ziyanı kompensasiya etməkdən ötrü əmək haqqı, pensiya və digər ödənişləri artırmalıdır. Aztəminatlı təbəqənin sosial müdafiəsi istiqamətində ünvanlı sosial yardım alanlara əlavə olaraq birdəfəlik 50 manat verilməsi kimi sosial xarakterli tədbirləri xüsusən də çoxuşaqlı ailələrə münasibətdə davam etdirməlidir.

- Normalda hökumət başçısı bu cür kritik vəziyyətdə proseslərin önündə görünməlidir. Ancaq Azərbaycan vətəndaşları ölkənin baş nazirini görə bilmir. Şəxsən siz Artur Rasi-Zadəni son dəfə nə zaman görmüsünüz? Ümumiyyətlə, nəhayət, hökumətdə ciddi islahatların vaxtı çatmayıbmı?

- Sualın fərdi hissəsini ötürməklə cavab verə bilərəm. Axı mən də baş nazir olmuşam və yazılmamış qanun, yəni təbii hisslər var ki, kolleqa haqda yaxşı nəsə demək istəmirsənsə, - hərçənd bir insan kimi yaxşısına çox şey demək olar - heç olmasa, pis də demə. Amma idarəetmənin təşkilatı strukturu həm sahə prinsipindən funksional prinsipə keçmək, həm kadr, həm də neft pullarını geninə-boluna xərcləməyə öyrəşmiş hökumət modelindən neftsiz də yaxşı qazanmağı, qazandığını səmərəli şəkildə xərcləməyi, bir hissəsinə qənaət etməyi, dünyada və ölkə iqtisadiyyatında gedən proseslərə operativ və peşəkarcasına reaksiya verməyi bacaran hökumət modelinə keçmək obyektiv tələbata çevrilib. Artıq bu istiqamətdə islahatlar başlayır. Bundan ötrü Nazirlər Kabinetinin fəaliyyətinin gücləndirilməsinin konseptual əsasları, hüquqi, maliyyə təminatı və təşkilati tədbirləri özündə əks etdirən məqsədli proqram hazırlanıb həyata keçirilməlidir.

- İqtisadçı alim Qubad İbadoğlu deyib ki, Azərbaycan hökumətinə təqdim etmək üçün təkliflər paketi hazırlayır. Necə bilirsiniz, hökumət bu kimi təkliflərdən istifadə edə bilərmi?

- Tam müsbət notda onu bildirmək istərdim ki, əlbəttə, hökumət xüsusən indiki məqamda bütün mütəxəssislərin Azərbaycana tətbiq edilməsi mümkün olan təkliflərindən faydalanmalıdır. Onların bir hissəsi mütəxəssislərə məlum ümumi məqamlardan ibarət olsa da, həmin yöndə fikirləşməkdən ötrü zəngin material verən təkliflər də yetərincədir. Düzdür, bəzi siyasətçılər həmin mütəxəssislərin intellektual mülkiyyəti olan çox dəyərli təkliflərini götürüb, onlara hökumətin ünvanına söyüş-təhqir qatmaqla, öz adlarından cəmiyyətə sırımağa çalışırlar ki, “biz də varıq”. Amma reallıq hisslərini itirməyən hər kəs çox yaxşı bilir ki, həmin təkliflər Qubad bəy də daxil olmaqla, üzdə olan bir neçə iqtisadçı və digər mütəxəssislərimizin - Vahid Əhmədov, Sabit Bağırov, Saleh Məmmədov, Azər Mehtiyev,Vüqar Bayramov, Samir Əliyev, Natiq Cəfərli, Rövşən Ağayev, Zöhrab İsmayıl və digər mütəxəssislərin zəhmətinin məhsuludur. Bu qəbildən olan bütün təklifləri sistemləşdirmək və tətbiq edilməsi mümkün olanlardan istifadə etmək hökumətin xeyrinə olar...

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor