Azərbaycanlılar yayda Türkiyədə istirahət edə biləcəkmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:51 | Şərh sayı: (0) | Baxılıb: 625
Azərbaycanlılar yayda Türkiyədə istirahət edə biləcəkmi?
Erkən rezervasiya qiymətləri açıqlandı, vəziyyət ürəkaçan deyil...
Manatın devalvasiyası turizm sektorunu çökdürüb. “Yeni Müsavat” bu barədə ötən saylarında bir neçə dəfə yazıb. Buna səbəb turpaketlərin yerli turizm şirkətlərinə dollarla satılması, bunun da yerli turistlərin cibinə uyğun gəlməməsidir.
Məhz bu səbəbdən Azərbaycandakı turizm şirkətlərinin bəzisi öz fəaliyyətini dayandırıb, bəziləri isə iflas həddindədir. Belə ki, hər il bu vaxtlar Novruz paketi üçün müraciət edən yerli turistlər indi maddi durumun ağırlığından səyahət barədə düşünmürlər. Maraqlıdır, bu proses yay üçün də keçərlidirmi? Bu gedişlə yay turizmi də eyni vəziyyətdə olacaq, yoxsa?.. İstirahət üçün Antalyanı, Bodrumu, Quşadasını seçən azərbaycanlılar artıq oradan vaz keçəcəkmi?
Ötən həftədən etibarən bəzi turizm firmaları erkən rezervasiya qiymətlərini açıqladılar. Onlara nəzər salıb, ümumi vəziyyəti təxmin etmək mümkündür.
“Fly Travel” turizm şirkətindən əldə etdiyimiz məlumata görə, Türkiyənin Bodrum və Antalya şəhərləri üzrə bəzi hotellərin qiymətləri bəlli olub. Bodrum istiqamətində 17.06.2016 və 19.06.2016 tarixlərindəki turlara diqqət edək.
“Gümbet Holiday Beach Hotel” 3* - 199 ABŞ dolları.
“Light House Hotel” 4* - 249 ABŞ dolları.
“Green Beach Hotel” 5* - 299 ABŞ dolları.
Xatırladaq ki, qiymətlər 7 gecə, tam paket üçün nəzərdə tutulub.
Antalya istiqamətində 21.05.2016 - 15.06.2016 və 01.09.2016-30.09.2016 tarixlərində 7 gecə tam paket qiymətləri isə aşağıdakı kimidir:
“Ares Club Hotel” / “Ares Hotel Kəmər” 3* - 199 ABŞ dolları.
“Magic Sun Hotel” / “Matiate Hotel” 4* - 249 ABŞ dolları.
“River Garden Hotel” 5* - 299 ABŞ dolları
“NZ Travel” şirkəti də qiymətlərini aşağıdakı şəkildə elan edib:
Bodrum turu - 347 dollar
Bu tur 19.06.2016 - 26.06.2016 tarixlərini əhatə edir və 7 gecə/8 gün müddətinə nəzərdə tutulub.
Qiymətə daxildir:
- Aviabilet
- Hotel 7 gecə 8 gün
- Transfer
- Sığorta
- Qidalanma
Antalya turu - 199 dollar
Bu tur isə 21.05.2016 - 14.06.2016 tarixlərini nəzərdə tutur və 7 gecə/8 günlük paketdir.
Qiymətə daxildir:
- Aviabilet
- Hotel 7 gecə 8 gün
- Transfer
- Sığorta
- Qidalanma
Gördüyünüz kimi, bunlar erkən rezervasiya qiymətləridir. Bunu manatla hesablayanda isə məlum olur ki, ötən illə müqayisədə ikiqat qiymət artımından söhbət gedir. Bu halda vətəndaşlar üçün erkən rezervasiya da çıxış yolu deyil. Çünki bu turlar manat hesabı ilə yayın cırhacırında alınan turpaketlərdən heç nə ilə fərqlənmir. Üstəgəl, dolların qiyməti yaxın aylar ərzində düşsə, insanlar daha sərfəli şərtlərlə turpaketlər ala bilərlər.
Odur ki, vətəndaşlarımızın bu yayda Antalya, Bodrum və Quşadasında istirahət etmə planları hələlik ciddi sual altındadır.
“Yeni Müsavat” yada salır ki, eyni vəziyyət ötən ilin fevral ayında da olub. Belə ki, fevraldakı devalvasiyadan öncə erkən rezervasiyadan yararlanan vətəndaşlar ciddi maddi ziyana uğramışdılar. Həmin vaxt onlara iki variant təklif olunur: ya daha öncə aldıqları turpaketi geri qaytarsınlar, ya da dolların yeni kursu ilə ödəmə etsinlər. Yəni daha öncə ödədikləri turpaket qiymətinin üstünə əlavələr etsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər