Valyutadəyişmə məntəqələrinin ləğvi “qara bazar”ı gücləndirib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:16 | Şərh sayı: (0) | Baxılıb: 286
Valyutadəyişmə məntəqələrinin ləğvi “qara bazar”ı gücləndirib
Ekspert: “Bank sisteminə inam tam itə bilər...”
Valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv olununmasının dolların məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə edilir. Əksər ekspertlər bildirirlər ki, əslində Mərkəzi Bankın dollar satmamasının səbəbi dolların məzənnəsinin artmasının qarşısını almaq deyil, qurum əhalini aldadır.
Belə ki, yanvarın 13-dən yalyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilsə də, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayıb. Ekspertlər bildirirlər ki, lisenziyaların ləğvi problemi həll etməyəcək.
Ekspert Əkrəm Həsənov musavat.com-a bildirib ki, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi əsasən narahatlığı və bahalaşmanı aradan qaldırmayacaq: “Əksinə, artıracaq. Rəsmi valyuta alma mexanizmləri olmayanda, qara bazar güclənəcək, amma o da baha olacaq. Buna görə də ümumən dollar az alınacaq və Mərkəzi Bankın ehtiyatları nisbətən az sürətlə azalacaq. Zatən Mərkəzi Bankın istəyi də budur. Amma bunun müqabilində ölkə iqtisadiyyatı daha da geriləyə və bank sisteminə inam tam itə bilər”.
Ekspert Fikrət Yusifov isə qeyd edib ki, o, bir neçə dəfə valyutadəyişmə məntəqələrinin ləğvini gündəmə gətirib: “Biz də məhz neçə gündür ki, bunun vacib olduğunu əlaqədar qurumların diqqətinə çatdırmağa çalışırdıq. Hesab edirik ki, bu qərar "qara bazar"a vurulan ilk və ciddi zərbədir".
Qeyd edək ki, bir neçə gündür ölkədə dollar ajiotajı güclənib. Əkrəm Həsənovun sözlərinə görə, dollar əslində bahadır və Mərkəzi Bank bunu elan etməkdən qorxur: “Əgər rəsmi rəqəmlərə inansaq, Mərkəzi Bankın hazırda 6 milyard valyuta ehtiyacı var. Belə çıxır ki, onda Mərkəzi Bank valyuta ehtiyatlarını itirməmək üçün banklara sadəcə, dollar satmır. Banklar da sata bilmir, çünki dolları yoxdur. Amma bu, eyni zamanda o deməkdir ki, dolların Mərkəzi Bank tərəfindən elan olunan rəsmi məzənnəsi əslində reallığa cavab vermir. Manatın faktiki devalvasiya göstəricisi çoxdur. Amma Mərkəzi Bank bunu etiraf etmək istəmir. Çünki o, doğrudan da dollar satmağa başlasa, dolları çox baha satmalıdır. O da bunu etiraf etmək istəmir, hamını aldadır. Və nəticədə hətta banklar da vəziyyəti başa düşür və əlində olan dolları da satmır. Başa düşürlər ki, əslində dollar bahalaşıb. Buna görə də heç kəs dollarından məhrum olmaq istəmir. Əslində Mərkəzi Bankın rəsmi məzənnəsi o deməkdir ki, həmin məzənnə ilə banklara istənilən qədər dollar satmağa hazırdır.
Tutaq ki, mən çıxıb evimin qiymətini deyirəm. Bu, o deməkdir ki, kim gəlsə, o qiymətə evimi satacam. Mərkəzi Bank isə deyir ki, dolların qiyməti bu qədərdir, 1 manat 56 qəpikdir. Amma satmır. Məndə başqa şübhələr də var. Ehtimal var ki, milli valyuta Mərkəzi Bank tərəfindən elan ediləndən əslində dövriyyədə çoxdur. Dövriyyədə qeyri-rəsmi çap olunmuş və dövriyyəyə buraxılmış milli valyuta var. Başqa şübhəm də odur ki, bəlkə Mərkəzi Bankın heç o 6 milyardı da yoxdur. Mərkəzi Bank hamını aldadır, sadəcə, 6 milyardı yoxdur. Elan edib, göstərib, ancaq dollar sata bilmir. Çünki elan edir ki, bu dəqiqə dövriyyədə olan milli valyutanın həcmi 6 milyarddır.
Mərkəzi Bank elan edir ki, altı milyard 730 milyon manat var. Amma deyir ki, özünün valyuta ehtiyatı 6 milyard 245 milyon dollardır. Dolları manat ekvivalentində, indiki məzənnə ilə vursaq, 9 milyard 794 milyon manat edir. Yəni 9 milyard 794 milyon ekvivalentində dollar var. Amma dövriyyədə olan milli valyuta 6 milyard 730 milyondur. Yəni 3 milyard artıq qalır hələ. Yəni sənin bu qədər dolların varsa, nədən qorxursan? Dövriyyədə manat azdır artıq. Səndə isə dollar çoxdur. Deməli, hətta bütün manatları da sənə versələr, yenə sənin dolların qalacaq. Buradan belə nəticə çıxır ki, ya dövriyyədə milli valyuta çoxdur, ya da Mərkəzi Bankın elan etdiyi qədər dolları yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər