Misir ordusu ölkənin strateji obyektlərini nəzarət altına götürür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:14 | Şərh sayı: (0) | Baxılıb: 272
Misir ordusu ölkənin strateji obyektlərini nəzarət altına götürür
Misir ordusu Qırmızı dəniz əyalətinin bütün strateji və turizm obyektlərini nəzarət altına götürür.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib.
Bundan əvvəl Qırmızı dəniz əyalətinin inzibatı mərkəzi olan Hurqada kurort şəhərində yerləşən hotel naməlum silahlıların hücumuna məruz qalıb.
Polis hotelə hücum edən 3 silahlını məhv edib. Reuters agentliyinin məlumatına görə, insident zamanı bir Danimarka və bir Almaniya vətəndaşı yaralanıb. Hələ ki, ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər