Mərkəzi Bank kommersiya banklarına xəbərdarlıq edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 302
Mərkəzi Bank kommersiya banklarına xəbərdarlıq edib
Şənbə və bazar günlərində valyutadəyişmə məntəqələrində dollar satışı dayandırılmışdı. “Zaminbank”, “Kredit Yunayted Bank” və bir çox banklar yanvarın 11-də- dolların 1.626 manat olacağı haqda məlumat verərək şənbə və bazar günlərində işləyən filiallarını bağlamışdılar.
Şənbə və bazar günlərində valyutadəyişmə məntəqələrinin və bankların işləməməsindən istifadə edən “qara bazar”dakılar dolların qiymətini 1.80 manatadək bahalaşdırmışdılar. Ötən həftənin sonuncu iş günündə - yanvarın 8-də isə dollar yüksək sürətlə artaraq, gün ərzində 1.75 manatdan 1.86 manata qədər yüksəlmişdi.
Musavat.com xəbər verir ki, bu gün dolların məzənnəsi “exchange”lərdə 1.626 manat olaraq göstərilir. Lakin valyutadəyişmə məntəqələri dolların olmadığını, yalnız alış əməliyyatları apardıqlarını deyirlər.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Belə ki, artıq kommersiya bankları xarici valyutanın məzənnəsini sərbəst müəyyən edə bilməyəcək. Bankların müəyyənləşdirdiyi məzənnə ilə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə arasında 4 faiz fərq ola bilər. Bu xəbərdarlıq dolların 2 gün ərzində 1.86 manatdan 1.62 manata düşməsinə səbəb olub.
Mərkəzi Bank bu günə dolların məzənnəsini 1,5642 manat olaraq müəyyənləşdirib. Buna görə də “exchange”lər dolları 1.626 manatdan baha sata bilmir. Artıq “exchange”lər dolların satışını dayandırıb. Hazırda “exchange”lərdə göstərilən məzənnə ilə dollar almaq mümkün deyil. Valyutadəyişmə məntəqələri bir neçə gün əvvəl 1.86 manata satdıqları dolları bu gün 1.62 manata satmaqdan imtina edirlər.
Bu zaman da “qara bazar”ın yaranması qaçınılmaz olur. “Neftçilər” metrostansiyasının ətrafında olan “exchange”lərdən dollar almaq istəyərkən “yox” cavabı aldıqdan sonra bir neçə dollar alverçisi bizə yaxınlaşaraq, göstərilən məzənnədən yüksən qiymətə dollar təklif etdilər. “Qara bazar”da dolların satış qiyməti 1.65-1.70 manat arasında dəyişir.
28 May küçəsində də vəziyyət oxşardır. Burada da dollar 1.626 manat olaraq göstərilsə də, satış demək olar ki, yoxdur. “Exchange”lərdə dollar tanışlıq əsasında göstərilən məzənnədən yüksək qiymətə satılır.
28 May küçəsində də həmişə olduğu kimi “qara bazar” alverçiləri peyda olub. Burada da dolların “qara bazar”dakı satış qiyməti 1.67-1.80 manat arasında dəyişir. Bəzi “exchange”lər isə bu gün hələlik qapılarını müştərilərin üzünə açmayıblar.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər