“Baş daşı” da bahalaşdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 22:13 | Şərh sayı: (0) | Baxılıb: 395
“Baş daşı” da bahalaşdı
Manatın 48 faizlik devalvasiyası, dolların bahalaşması qranit və mərmər daşlarında fantastik qiymət artımına səbəb olub.
Musavat.com-un əməkdaşı “Qurd qapısı” qəbiristanlığı yaxınlığında yerləşən qəbir daşları satışını həyata keçirən satıcılarla həmsöhbət olub.
Mehman adlı satıcı bildirib ki, dolların bahalaşması qəbir daşlarının qiymətinə də təsirini göstərib. Hər növ qəbir daşlarının qiyməti 50 faiz bahalaşıb.
Satıcılar deyir ki, bu bahalaşmanın olacağı gözlənilirdi. Çünki mərmər və qranit daşları xarici ölkələrdən gətirilir. Çin, Ukrayna, Moldovadan gətirilən mərmər daşları dollarla alındığı üçün bahalaşma qaçılmaz olub.
Satıcı dolların bahalaşmasından sonrakı qiymətləri də açıqladı: “Mərmərlərin 1 kvadratmetrini bahalaşmadan öncə 100 manata təklif edirdiksə, hazırda minimum qiymətlər 150 manatdan başlayır. Son bahalaşmadan öncə ən bahalı “baş daşı”nın kvadratmetri 200-250 manat civarında idi. Lakin bu günlərdə 300 manata təklif edirik. Bu isə o demkədir ki, mərmərdən düzlədilən qəbirin qiyməti 2000 min manata başa gəlir.
Böyük ehtimalla yaxın günlərdə yenidən qiymət artımı olacaq. Dolların günü-gündən bahalaşması bizim də satışımıza mane olur. Amma yeni sifariş etdiyimiz daşların qiymətlərində isə artım gözlənilir”.
Qəbir daşları ilə yanaşı, güllərin də qiyməti artıb. Qəbiristanlığın yaxınlığında gül satışı ilə məşğul olan satıcılarla da həmsöhbət olduq.
Satıcılar dolların bahalaşmasından sonra güllərin də qiymətində cüzi qiymət artımı olduğunu dedilər: “Dollar bahalaşdıqdan sonra məcbur qalıb,qiymətləri bahalaşdırdıq. Adətən, gülləri Türkiyədən gətiririk. Türkiyədən gətirildiyi üçün qiymətlərdə o qədər də artım yoxdur. Misal üçün qərənfil, nərgizgülü və s. bu tip güllərin qiymətində 10 qəpik artım var. Lakin bizdə olanlar köhnə qiymətlərlə aldığımız güllərdir. Artıq yeni gül sifarişləri verilib və bütün növ güllərdə bahalaşma olacaq. Misal üçün qızılgüllərdə 1 manat, qərənfillərin qiymətində isə 50-60 qəpik bahalaşma olacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər