PKK-nın planları pozulur - Ankara geri çəkilmir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 211
PKK-nın planları pozulur - Ankara geri çəkilmir
Türkiyə hökuməti Cənub-Şərq bölgələrini terrordan təmizləyir
Türkiyə Ordusu Baş Qərargahı ötən ilin dekabrından başlayaraq Diyarbəkr və Şırnak vilayətlərində həyata keçirilən antiterror əməliyyatının nəticələrini elan edib. Ordu komandanlığının açıqladığı rəqəmlərə görə, əməliyyatların başlandığı gündən bu yana Cizrədə 446, Silopidə 145, Sur rayonunda isə 120 nəfər olmaqla, ümumilikdə 711 PKK terrorçusu məhv edilib. Bundan başqa yalnız Cizrədə 13, Surda isə 1 ədəd əldədüzəlmə partladıcı zərərsizləşdirilib, çoxlu sayda silah və sursat ələ keçirilib.
Əməliyyatlar demək olar ki, hər gün davam edir. Təkcə ötən gün Cizrə rayonunda 9, Silopi rayonunda 3, Sur rayonunda isə 5 PKK terrorçusu məhv edilib. Hazırda Türkiyə ordusu adları çəkilən əyalətlərdə geniş miqyaslı antiterror əməliyyatlarını davam etdirir. Baş Qərargah artıq əməliyyat bölgəsinə ən elit dəstələri “bordo berelilər” adlandırılan xüsusi təyinatlıları göndərib. Görünən odur ki, adı çəkilən vilayətlər tamamən PKK-dən təmizlənənə qədər əməliyyat davam edəcək.
Həftə sonu İstanbula gələn ABŞ-ın vitse-prezidenti Cozef Bayden də Vaşinqton adından Ankaraya PKK ilə mübarizədə dəstək verib. Təbii ki, söhbət Türkiyənin işində, Diyarbəkr və Şırnakdakı əməliyyatlardan gedir. Çünki Türkiyədən kənarda ABŞ kürdlərlə yaxından əməkdaşlıq edir.
Türkiyə hökuməti isə növbəti dəfə bəyan edib ki, əməliyyatlar adı gedən bölgələr PKK-dan tamamilə təmizlənənə qədər davam edəcək. Bu isə elə də asan proses deyil. Çünki PKK son illərdə, xüsusən də atəşkəs dönəmində böyük şəhərlərə yerləşib. İndi isə savaş zamanı ənənəvi taktikasından istifadə edərək dinc əhalinin sıx olduğu yerlərdə hökumət qüvvələri ilə savaşır. Nəticədə antiterror bölgəsində çoxlu sayda dinc insanlar da qurban gedir. Bu isə Türkiyədə, eləcə də dünyada ciddi səs-küy doğurur, nüfuzlu elm adamları Ankaraya müraciət edərək savaşı dayandırmağa çağırıblar.
Amma bu saatdan sonra Ankaranın geri çəkilərək, bölgəni PKK-ya tərk etməsi mümkün deyil. Çünki faktiki savaş meydanına çevrilmiş bölgədən Türkiyə ordusunun geri çəkilməsi o bölgə üçün PKK-nın qalibiyyəti və möhkəmlənməsi anlamına gəlir. Buna isə bu saatdan sonra Ankara getməz, gedə bilməz. Yeganə yol son PKK-çının bölgəni tərk etməsi və ya öldürülməsinə qədər savaşmaqdır.
PKK-nın Türkiyə ordusunun ağır hücumları qarşısında geri çəkilməməsi, müqavimət göstərməsinin iki amillə izah etmək olar. PKK hökumətin xarici təzyiqlər nəticəsində əməliyyatı dayandıracağına və bölgədən çəkiləcəyinə olan inamını itirməyib. İkincisi isə PKK liderləri savaşın daha da böyüməsi və itkilərin artması ilə yerli əhalini hökumətə qarşı qaldıracaqlarına ümid edirdilər. Əslində büruzə verilməsə də Ankara da ilk vaxtlar bundan narahat idi. Ancaq görünən odur ki, PKK liderlərinin istədiyi olmadı. Böyük imkanlara baxmayaraq kürd xalqı PKK-nın yanında yer alıb Türkiyə dövlətinə qarşı çıxmadı. İndi Ankaranı PKK-ya qarşı daha rahat əməliyyat keçirməyə həvəsləndirən də bu faktordur.
Lakin əməliyyatlar davam edir, PKK liderləri hələ də xarici basqılarla Ankaranın əməliyyatları dayandıracağına ümidini itirməyib. Həm də bu saatdan sonra PKK-nın geri çəkilib mövqelərini itirmək istəmir. Savaş isə tam gücü ilə davam edir. Türkiyə dövlət qurumları Cənub-Şərq vilayətlərinin tamamilə təmizlənməsi və PKK-nın izlərinin bölgədən silinməsində qərarlıdır. Ancaq görünür ki, bu qərarın icrası zaman və qan tələbə edəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər