Amerikanın Suriyanın şimalında kürdlərə dəstək verməsinin səbəbi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 19:43 | Şərh sayı: (0) | Baxılıb: 311
Amerikanın Suriyanın şimalında kürdlərə dəstək verməsinin səbəbi
Vaşinqton İŞİD-ə qarşı kürdləri dəstəkləyir, Suriyada federal dövlət və kürd muxtariyyətinin yaranması planı işə düşür .
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini Asi Əli Məhəmməd əl-Ubeydi İraqın Ənbar əyalətində öldürülüb. Bu barədə İraq Müdafiə Nazirliyinin İnformasiya Mərkəzi məlumat yayıb. Məlumatda İŞİD liderlərinin yardımçısının Ənbar əyalətinin qərbində yerləşən Bervane bölgəsində təşkil olunan hava zərbələri zamanı öldürüldüyü qeyd olunub. Açıqlamada Ubeydinin Amerikan işğalı zamanı Bağdadda yerləşən Əbu Qureyb həbsxanasından qaçan İŞİD fəallarından və İŞİD-in ilk kadrlarından olduğu da bildirilir.
Bundan bir neçə gün əvvəl isə İraq ordu rəsmləri bəyan edib ki, İŞİD İraq ərazisində ələ keçirdiyi torpaqların 65 faizini artıq itirib.
Görünən odur ki, Bağdad hökuməti ümumiyyətlə, İraqın bütünlüyü tərəfdarı olan bütün siyasi qruplar (şiə, sünni, kürd və sair) işğalın uzanmasının ölkənin bölünməsini sürətləndirdiyinin artıq fərqindədirlər. Bu səbəbdən də İraq hökuməti, ordu və könüllü birliklər son aylarda xeyli fəallaşıblar. İndi İraqda çox adam başa düşür ki, İŞİD-in İraqda qalması müddətinin uzanması İraqın bölünməsi prosersi olaraq qeydə alınır. İraqda isə heç də hər kəs bölünmə tərəfdarı deyil, çünki ən azından bölünmənin dəhşətli və uzun müddətli müharibələrə səbəb olacağını anlayırlar. Baxmayaraq ki, ABŞ hökuməti İŞİD-in hələ bir neçə il bölgədə güc olaraq qalacağını bəyan edib.
Ancaq maraqlıdır ki, gözlənildiyinin əksinə olaraq ABŞ ordusu İraq deyil, Suriya ərazisinə xüsusi təyinatlılar göndərib. Almaniya mediasının yazdığına görə, Amerika ordusuna aid quru qüvvələrinin hərbçiləri Suriyanın şimalında Hələb şəhərinin şərqində yerləşən Tişrin su bəndi ərazisinə yerləşdirilib. Xəbərdə Fərat çayının üzərində yerləşən və bölgə üçün mühüm strateji əhəmiyyət kəsb edən Tişrin su bəndinin təhlükəsiliyini artıq amerikalıların qoruduğu bildirilir. Artıq həmin bölgədə Amerika hərbçilərinin müvəqqəti bazası da qurulub.
Qeyd edək ki, daha əvvəl də yerli təşkilatlar Suriyada kürd qüvvələrinə təlim keçmək üçün Amerika ordusu hərbi təlimatçılarının kürd bölgələrinə yerləşdirildiyi haqda xəbərlər yaymışdırlar.
Hətta Tişrin su bəndinin geri alınması əməliyyatını planlayan və idarə edən mərkəzin də amerikalılar tərəfindən qurulduğu iddia olunurdu. Qeyd edək ki, hazrıda bu bölgədə yerləşən Mənbic şəhərinin İŞİD-dәn alınması uğurunda yeni əməliyyat hazırlanır. Suriya kürdlərinin və azlıqda olan etnik və dini qrupların dəstəklədiyi Suriya Demokratik Qüvvələri adlı silahlı qruplaşmanın həyata keçirəcəyi əməliyyatın planlayıcıları amerikalılardı. Eyni zamand yerli qaynaqlar İŞİD-in də şəhəri qorumaq üçün silahlı qüvvə və texnika cəlb etdiyini yazır. Yaxın günlərdə bölgədə yeni, qanlı savaşın başlayacağı ehtimalı xeyli güclüdür.
Görünən odur ki, ABŞ İraq deyil, Suriyada fəallığı artırıb və bunun əksinə, İraqı bilərəkdən diqqətdən kənarda qoyub. Qərbin Suriyanı diqqət mərkəzinə alması bir neçə amillə izah olunur. Ən mühümü Rusiyanın 2015-ci ilin sonlarında Suriyada təşəbbüsü ələ alması, Əsədə qarşı olan qüvvələri küncə sıxışdırması və Bəşər Əsədin mövqelərini xeyli gücləndirməsi oldu.
Qərb Əsədin yenidən Suriya üzərində əsas gücə çevrilməsindən narahatdır. İkinci narahatlıq doğuran məqam Vyana anlaşmasından sonra başlayan prosesdə Qərbin Suriyadakı sahə müttəfiqlərinin xeyli zəif düşməsidir. Suriyanın şimalında və cənubunda bir sıra mühüm nöqtələri itirən Əsədə qarşı olan qüvvələr başlayan danışıqlar prosesinə zәif tərəf kimi gedir. Daha bir məqam Türkiyənin Suriyanın şimalı ilə bağlı narahatlığıdır. Ankara bir neçə dəfə açıq şəkildə bəyan edib ki, Türkiyə ilə sərhəd bölgәlәri kürdlərin əlinə keçərsə Suriyanın şimalına ordu yeridəcək. Bu ssenari isə Vaşinqtonun marağına cavab vermir.
Bu səbəbdən də Vaşinqton daha “optimal” yol düşünüb vә bölgəyə öz qüvvələrini göndərib.
Bəzi məlumatlara görə, Ankaranın “qırmızı xətt” elan etdiyi Fəratın qərb sahillərinə kürdlərin keçməməsi şərtinə baxmayaraq Türkiyənin ötən həftə YPG-nin Fəratın sol sahilinə keçməsi xəbərlərini sakit qarşılamasının arxasında Amerikanın “əli var”. Belə ki, gələn bilgilərə görə, amerikalılar Ankaranı daha çox qəzəbləndirməmək üçün Fəratın sol sahlinə öz desantlarını göndəriblər. Bununla da bir növ Ankaranı arxayın etmək, pöroseslərin nəzarətdə olduğunu göstərmək istəyiblər.
Görünən odur ki, ABŞ-ınhazırda Suriyanın şimalında əsas planı kürdlər üzərində qurub.
Kürdlərin həm İŞİD qarşısında möhkəmlənməsi, eyni zamanda Bəşər Əsəd qarşısında ciddi qüvvəyə çevrilmələri, ən mühümü dünyəvi qüvvə olmaları Vaşinqtonun marağını cəlb edir. Digər tərəfdən, görünən odur ki, Qərb strateqləri gələcək Suriyanın şimalında kürd muxtariyatının olmasını həm iki ərəb dövləti (Suriya və İraq) arasında bir tənzimləyici olaraq, həm də Suriyanın federativ bir dövlətə (İraq kimi) çevrilməsində əsas faktor olaraq görür. Digər tərəfdən, kürdlərin bölgədə güclü olması Vaşinqton üçün sәdaqәtli müttəfiq baxımından əvəssiz bir üstünlükdür.
Bu mənada Amerikanın indi Suriyada daha çox kürdlərə “stavka” etməsi anlaşılandır. Vaşinqtonun təsiri ilə yaranmış Demokratik Suriya Qüvvələri indi əsas zərbə qüvvəsinə çevrilib. İŞİD-ə qarşı savaşı aparan əsas qüvvə dә onlardır. Təbii ki, ABŞ-ın hava və qurudan dəstəyi ilə. Beləliklə, savaşın 5-ci ilində Suriya dünya güclərinin əsas rəqabət meydanı olaraq qalır. Yaxın Şərq üçün böyük oyunlar da burda hazırlanır. Təəssüf ki, bölgə üçün davamlı və möhkəm sülh hələ də üfüqdə belə görünmür.
Kənan Rövşənoğlu,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər