Putin geri çəkilir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 21:38 | Şərh sayı: (0) | Baxılıb: 267
Putin geri çəkilir?
Türkiyə qəzetindən şok iddia
Təyyarə qalmaqalından sonra turizmdən kənd təsərrüfatına, inşaatdan tekstilə qədər bir çox sahədə Türkiyə ilə iqtisadi əməkdaşlığı dayandıran Rusiya geriyə addım atdı.
Türkiyənin “Hürriyyet” qəzetinin yazdığına görə, Rusiya Türkiyənin təqdim etdiyi xidmətləri başqa yolla qarşılaya bilmədiyini görüb, rus şirkətlərinə “Türkiyə ilə əməkdaşlıq edə bilərsiniz” mesajını verib. Bundan başqa, "Rusiya Tur Operatorları Birliyi" də “Rus vətəndaşları Türkiyədən vaz keçmir” açıqlamasını verib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi də Türkiyə ilə mövcud iqtiadi bağların qırılmasının Rusiyaya ciddi maddi ziyan verəcəyini hesablayıb və hökumətə Türkiyə ilə bağlı yeni bir “istisna vəziyyət”lə bağlı sənəd paketi təqdim edib. Sənədə görə, lazım gəldiyi anda türk şirkət və firmalarına Rusiya ilə biznes qurmalarına icazə verilə bilər.
Sənədə görə, Türkiyə xaricində başqa ölkələrdən əldə edilməsi qeyri-mümkün olan və ya Rusiyadakı yerli istehsalı əlavə xərclər hesabına başa gələcək durumlarda Türkiyənin şirkət və firmalarının məhsulundan, xidmətindən yararlana biləcək. Bu kateqoriyaya hansı türk mənşəli mal və xidmətin daxil ediləcəyi isə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə daxil olan qurumlardan ibarət ortaq komissiyanın qərarı ilə müəyyənləşəcək. Beləcə hansı türk şirkətinin Rusiya ilə işləyə biləcəyi bürokratlar tərəfindən seçiləcək.
Rusiyanın "Tur Operatorlar Birliyi" də dünən verdiyi açıqlamada rus vətəndaşlarının Türkiyədən vaz keçmədiyini bildirib. Açıqlamada aşağıdakı detallar yer alıb: “Tur satış qadağası və Rusiyanın Xarici İşlər Nazirliyinin “Türkiyəyə getməyin” tövsiyyəsinə baxmayaraq, vətəndaşlarımız Türkiyə tətillərini təkbaşına təşkil etməyin yollarını axtarmağa başlayıb.
Sosial şəbəkələrdə “Türkiyədə tətil keçirməyin ən praktik və ən ucuz yolu” başlıqlı yazıların sayı gündən-günə artır. Ən geniş yayılan tövsiyyə isə internetdən otel rezervasiyasını etmək və Tük Hava Yolları ilə Türkiyəyə uçmaqdan ibarətdir”.
Rusiyanın baş naziri Dmitri Medvedyev neft qiymətinin 30 dollardan aşağı düşməsini isə Rusiya baxımdan “dramatik hadisə” kimi qiymətləndirib. Medvedyev açıqlayıb ki, neftin qiymətinin 30 dollara düşəcəyini heç kimsə ağlından keçirmədiyi üçün bu, hökumətə də pis sürpriz olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər