RSS
 

Login:
Şifrə:
» » “Yerli seriallara baxanda adamın əti tökülür, hirslənirsən” - Tanınmışların ETİRAZI

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Yerli seriallara baxanda adamın əti tökülür, hirslənirsən” - Tanınmışların ETİRAZI

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 20:27 | Şərh sayı: (0) | Baxılıb: 583

“Yerli seriallara baxanda adamın əti tökülür, hirslənirsən” - Tanınmışların ETİRAZI


“Yerli seriallara baxanda adamın əti tökülür, hirslənirsən” - Tanınmışların ETİRAZI Teleseriallar hər zaman cəmiyyətdə müəyyən insanların maraq dairəsində olub. İndi balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallar var. Az qala seriallarsız həyatımızı təsəvvür etmək qeyri-mümkün olub. Nəsənsə serial deyəndə bəzilərinin ağlına ilk olaraq televizor qarşısında əyləşən böyük bir qadın ordusu gəlir.

Çoxları elə bilir ki, seriallara ancaq evdar qadınlar baxır. Halbuki, hər gün sevimli dizisini izləmək üçün səbirsizliklə onun başlama saatını gözləyən işgüzar xanımlar, elə kişilər də az deyil. Bir sözlər serial uşağa, gəncə, orta yaşlıya, qocaya baxmır. Kimlərisə öz sehrinə salır...

Vaxtilə azərbaycanlı tamaşaçılar arasında çox populyar olan “Santa Barbara”, “Çalı quşu”, “Mehriban düşmən”, “Qvadalupe” yadınızdadır?.. Son 10 ildə isə populyar seriallar sırasında “Kurtlar vadisi”nin adını əminliklə vurğulamaq olar. Ümumiyyətlə, son illər Azərbaycan tamaşaçısı Türkiyə və Rusiya seriallarının təsir dairəsinə düşüb desək, yanılmarıq. Bu da onunla bağlıdır ki, Azərbaycan tamaşaçısı daha çox Rusiya və Türkiyə telekanallarını izlədiyindən həmin ölkələrin serialları onun maraq dairəsinə düşür. Yerli serialların keyfiyyəti isə qaneedici olmadığından baxımlı deyillər...

Modern.az saytı müxtəlif peşə sahiblərindən teleseriallara baxıb-baxmadıqlarını soruşub.

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov heç bir teleseriala baxmadığını deyir:

“Mən daha heç bir teleseriala baxmıram. Demirəm ki, dünyagörüşüm daha çox inkişaf edib, ona görə baxmıram. Bu belə deyil. Ürəyimcə olan və mənim zövqümü oxşayan xarici seriallar yoxdur. Azərbaycan məkanında isə cənab prezidentin maliyyəsi ilə çəkilən serialların ssenariləri, oyunları, həm oradakı hadisələr o qədər primitivdir ki, sadəcə olaraq şəxsən mən onlara baxanda əsəbləşib kanalı dəyişirəm. O teleseriallardakı mövzuların heç biri mənim mənəvi tələbatımı ödəmir. Hamısı məişət mövzusundadır. Ölkənin 20 faizi işğal altındadır, 1 milyon qaçqın-köçkün var, insan taleləri, əsgər həyatı var. Bunların hamısı əsl film, telesearial mövzularıdır. Qaynana-gəlin münasibətləri Azərbaycan ədəbiyyatında və kinosunda çoxdan həll olunub qurtarıb. Rəhmətlik Nəsibə Zeynalova ilə bu məsələyə nöqtə qoyulub. Təzədən belə mövzuları qoyurlar. Aktyorlar lazımsız jestlər, mimikalar, jarqonlar və dialetklərlə istəyirlər ki, nəsə göstərsinlər. Bunun da ustadı vaxtı ilə rəhmətlik Lütfəli Abdullayev olub.

Yəni təzə yerli serialları mən qəbul etmirəm və baxmıram. İnsan taleyi, vətən kimi gözəl istiqamətlər var. Bizim ssenaristlər və rejissorlar müğənnini gətirirlər ki, serialda rol oynasın bu da onların ilk aktyorluq təcrübəsidir. Başa düşmək istəmirlər ki, olmayan bir şeydən şedevr yaratmaq olmaz. Ona görə də verilən pul batır və insanları da əsəbləşdirirlər. Mən də Azərbaycan teleserialının adı gələndə hirslənib kanalı dəyişirəm”.

Sosiloq Əhməd Qəşəmoğlu isə serialların bu gün yalnız tamaşaçılara nəyisə çatdırmaq üçün deyil, həm də insanları müxtəlif istiqamətlərə yönəltməq məqsədilə çəkildiyini bildirib:

“Sözün düzü, mənim indi teleserialları ardıcıl olaraq izləməyə vaxtım yoxdur. Amma bir sosioloq, ekspert gözü ilə ara-sıra müxtəlif teleseriallara baxıb, onların insanalara nə təlqin etdiyini aydınlaşdırmağa çalışıram. Çünki mən çox gözəl bilirəm ki, bu teleserial məsələsi təsadüfi məsələ deyil. Aylar, illər boyu davam edən bu seriallar təkcə insanların asudə vaxtını daha səmərəli keçirməsi üçün nəzərdə tutulmayıb.

Hər bir teleserial cəmiyyətə müəyyən dəyərlər təlqin etmək, mentaliteti dəyişmək, müəyyən bir əhval-ruhiyyə yaratmaq üçün düşünülür. Təəsüf ki, ölkəmizdə sosiologiya elminin inkişafı arzu olunan səviyyədə deyil. Əslində bizim ekranlarımzda daha çox izlənilən serialların sosioloji, psixoloji baxımdan təhlilinə çox böyük ehtiyac var. Ən acınacaqlı seriallar cəmiyyətdə əxlaqi dəyərlərin, ahəngdar birgəyaşayış mədəniyyətinin pozulmasına yönələn, insanlara qəddarlıq öyrədən, vahimə gətirən teleseriallardır.

O teleseriallar faydalı ola bilər ki, insanlara real həyatı öyrətməklə daha mədəni, mənəviyyatlı həyat tərzi təlqin etsin. Bir sıra türk seriallarında buna cəhd edilir. Amma süjetdə elə hap-gopa, qondarma səhnələrə yer verilir ki, ciddi fikirlər də şou xarakteri alınır. Təəssüf ki, Azərbaycanda istehsal olunan seriallar arzu olunan istiqamətdə hazırlanmır. İndi bizə də xeyli faydalı teleseriallar lazımdır. Bu teleseriallarda əhali arasında sabaha inam, ekoloji, iqtisadi, mədəniyyət məsələləri, çətinliklərdən çıxmaq yolları, müstəqil, milli dövlət quruculuğumuza, vətənpərvərliyə, insanlar arasında səmimiyyətə, müqəddəs sevgiyə kömək edən dəyərlər aşılanmalıdır. Təəssüf ki, bizim teleseriallar bir çox hallarda Türkiyə teleseriallarını yamsılayır, yaxud bədii həllin zəifliyi, primitivliyi halları daha tez-tez müşahidə olunur”.


Müğənni Elza Seyidcahan isə bu gün Azərbaycanda çəkilən teleserialların onu əsəbləşdirdiyini və bu serialları çəkənlərin “xalq düşməni” olduğunu söyləyib:
“ Mən teleseriallara baxmıram. Çünki orada ədəbi dilimizi pis vəziyyətə salırlar. Nəinki baxmıram, məni həmin teleseriallara çəkilməyə də çağırıblar, imtina etmişəm. Onlara baxmaqdansa, klassik milli filmlərimizə tamaşa edirəm. Klassik milli filmlərimizə hər dəfə baxdıqca, nəsə təzə bir şey öyənirəm. Vaxt var idi ki, “Uzaq sahillərdə” filminə müharibə səhnələrinə görə baxırdımsa, indi oradakı sözlərin dərinliyinə, Qara Qarayevin musiqisinə görə tamaşa edirəm. “Nəsimi” filmindən Tofiq Quliyevin simfonik musiqisinin sədaları altında Nəsminin şeirlərinin dərinliyini dərk edirəm. Bütün milli filmlərimizdəki dahi, korifey bəstəkarlarımızı duyuram.

Amma indiki film və teleseriallarda klarneti alırlar əllərinə, bilmirsən türk, yoxsa ərəb musiqisidir, insanları əsəbləri ilə oynayırlar. Mən onlara “xalq düşməni” deyirəm. Çəkə bilmirlər çəkməsinlər də... Lazım deyil efirin boşluğunu elə səviyyəsiz seriallarla doldurmaq. Onlara hökumət tərəfindən büdcə ayrılır. Büdcəni filmə xərcləsinlər, aktyolara vermirlər, heç olmasa filmi yaxşı çəksinlər. Belə haqsızlıq, düşmənçilik olmaz. Türk seriallarının ən pisi bizim indiki seriallarımızdan min dəfə yaxşıdır.

Mən serial izləyən deyiləm. Amma son illərdə Türkiyə TV-lərində “Kayb olan yıllar” teleserialına baxmışam. Musiqisi də çox gözəldir. Bizdə isə heç nə... Mən bizim seriallara baxanda utanıram ki, mən azərbaycanlıyam. Amma keçmiş filmlərimizə baxanda fəxr edirəm ki, azərbaycanlıyam”.

Psixoloq Vəfa Əkbər də həmçinin müasir tele serialların maraqsız olduğunu və bu seriallarda işlədilən bəzi sözlərin, danışıq tərzlərinin insanda gülünc doğurduğunu bildirib: “Sonuncu dəfə vaxt və zamanla əlaqədar olaraq televiziyaya baxdığım yadıma gəlmir. Daim insanlarla işləmək, mütailə etmək vaxt darlığı yaradır. Özü formalaşmış bir şəxs nəyisə ideallaşdırmaz. Bu səbədən hansısa teleseriallarda idealım yoxdur. Türkiyə teleməkanında seriallar hər gün yenilənir. Buna görə də insanların baxdığı 1 yox, hətta 5-6 seriallar var. Bu səbədən hansısa qəhrəmanı böyütmək çətindir.

Bir dəfə təsadüfən hansısa yerli telekanllardan birində serial anonsu gedirdi. Baxdım və açığını deyim ki, ətim töküldü, utandın. Çox gülünc və çox mənasız sözlər, mövzular idi. Yenilik yoxdur, sünilik çoxdur. Məsələn, çox bəzəkli xanımları gətirib baş rolda çəkilər. Sadəlik çatmır seriallarda. Məsələn, kənd qızı obrazında çəkilən aktyor botoksladır. Axı kənd qızı hələ öz qayğılarına qalsın, sonra botoks haqqında düşünər. Həm də dil məsələsində problemlər var. Elə bil ki, biz gündəlik məişətdə bədii-publisistik üslubda danışırıq. Elə deyil axı... Deyirlər ki, məsələn “sən gəlməyəcəksən?”. Əslində isə “sən gəlmiyəssən?” formasında tələffüz olunmalıdır”.

Yazıçı Şərif Ağayar əvəllər bəzi serialların onda maraq doğurduğunu desə də, indi atıq seriallara baxmadığını vurğulayıb: “Əvvəllər bəzi seriallar maraqlı gəlirdi. Türk, ingilis, rus, Amerika seriallarına marağım vardı. İndi, açığı seriala baxmıram. Daha çox ciddi filmlər izləməyə çalışıram. Yorğun və ya gərgin olanda komik, yüngül filmlərə, skeçlərə üstünlük verirəm. Davamlı izlədiyim serial yoxdur. Yaxın günlərdə Kriştof Kieslovskinin "Dekalog" filmlər seriyasına baxdım. 80-ci illərdə çəkilsə də, çox aktual və gözəl filmlərdir. Məsləhət görərdim”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yalnız “Kurtlar vadisi” serialına baxdığını açıqlayıb: “Əslində elə bu gün ölkəmizdə baş verən hadisələrin müəyyən hissəsi bir serialdır. Buna görə də hansısa bir seriala baxmağa vaxtım yoxdur. Azərbaycanda indi nə səviyyəli bir film, nə də ki, bir serial çəkilir. Amma əvəllər var idi. Məsələn, Rasim Balayevin çəkildiyi filmləri mən sevərək baxıram. Amma son zamanlar yeganə baxdığım “Kurtlar vadisi”dir. Ona baxanda insan daha da çox cəsarətlənir. Mən həmişə ona baxıram. Son 5-10 ildə baxdığım yeganə serial “Kurtlar vadisi”dir. Mərd, cəsartəli kişilər belə seriallara baxır və oradan özünə nəsə götürür”.

Millət vəkili Aqil Abbas isə ümumiyyətlə indiyə kimi seriala baxmadığını deyib: “Mən ümumiyyətlə seriallara baxmıram. Rusiyanın telekanllarında bəzən olur ki, maraqlı serial olanda azca baxıram. Amma Türkiyənin bəzi kanallarında tarixi seriallar nümayiş olunur. Onlar da maraqlı gəlir. Bütövlükdə isə heç birinin daimi tamaşaçısı deyiləm”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da seriallara deyil, vaxtı olanda yalnız milli filmlərə baxdığını bildirib: “Mən serialları həm texniki, həm də ki süjet baxımından maraqsız hesab edirəm, maraqlanmıram. Başqa ölkələrin istehsalı olan teleseriallara da baxmamışam. Amma vaxt olanda təbii ki, milli filmlərimizə baxıram”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə serialların insanlara mənəvi zövq verə bilməmədiyini vurğulayıb: “Serialların insanlarda mədəni zövqü inkişaf etdirməsi mümkün deyil. Yalnız mədəni zövqü aşağı olan tamaşaçılar bu cür səviyyəsiz seriallara aludə ola bilərlər. Yaxın zamanlara kimi Azərbaycan teleməkanında populyar olan xarici serialların əksəriyyətinin süjet xətti bəsit idi.

Həmim seriallar insanı düşndürmürdü. Rejissor cılız intriqa ilə tamaşaçını əldə saxlamağa çalışırdı. Milli Teleradio Şurasının xarici serialların yayımına qadağa qoyması müsbət addım idi. Azərbaycan tamaşaçısının həmin seriallara ehtiyacı yoxdur. Təəssüf ki, teleməkanda yaranan boşluğu yerli seriallarımızla doldura bilmədik. Azərbaycan istehsalı olan teleserialların səviyyəsi çox aşağıdır, yaradıcı qrup cəmiyyətə mesaj verə bilmir. Hazırda mən heç bir teleserialı izləmirəm.

Amma bir-iki serialın - "Qız atası", "Eks bacanaqlar" və "Bir ailəm var" seriallarının adlarını eşitmişəm. Görünür, bunlar Azərbaycanda populyar teleseriallar sayılır. Bəzən evdə övladlarım bu seriallara baxırlar. Çox istərdim ki, yerli seriallar səviyyəli olsun, uşaq və yeniyetmələrimizin tərbiyəsinə müsbət təsir göstərsin. Yaxşı serial çəkmək üçün yaxşı vəsait lazımdır. Hazırda bütün sahələrdə vəsait qıtlığı var. Buna görə də baxımlı serial çəkmək mümkün olmur. Şəxsən mən övladlarıma həmin seriallara baxmaqdansa, iki səhifə kitab oxumağı tövsiyə edirəm. İndiyə kimi yalnız iki seriala əvvəldən axıra kimi baxmışam. Bunlar TRT-də yayınlanan "Sakarya Fırat" və "Kızıl alma" seriallarıdır.


Tanınmış jurnalist Etibar Cəbrayıloğlu da seriallardan yalnız “Kurtlar vadisini” izlədiyini lakin sonradan ona da baxmadığnı vurğulayıb: “Tamaşaçı kimi deyə bilərəm ki, geniş yayılan seriallara baxmamışam. Ümumiyyətlə, Azərbaycan kanallarına baxmıram. “Kurtlar vadisi” serialına əvəllər bir az baxmışam.

Sonradan gördüm ki, nağılvari çəkilir və baxmadım. “Yaprak dökümü” serialına da baxmışam, amma Türkiyə televiziyasından. Sənət adamları ilə yaxın olduğuma görə bilirəm ki, bu gün milli seriallarda daha çox qeyri-peşəkar insanları çəkmək istəyirlər ki, məqdər odur ki, maliyyə baxımından daha az xərc tutsun. Dünya kinosunda belə nadir nümunələr var ki, qeyr-peşəkarlar kinolara çəkilib və çox az hallarda bu kinolar uğur qazanıb. Amma bununla yaradıcılıq olmaz. Azərbaycanda bu gün həm də serial bazarı yoxdur. Digər tərəfdən serial həyat həqiqətlərini də çəkməlidir ki, tamaşaçı onu izləsin, marağa səbəb olsun”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor