RSS
 

Login:
Şifrə:
» » Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 20:21 | Şərh sayı: (0) | Baxılıb: 393

Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i


Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i


Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyevin dəvəti ilə Bakıda səfərdə olan yaponiyalı karateçi Hitoshi Kasuya dekabrın 15-də Milli Məclisə gəlib.

Ümumdünya Şotokan Karate Federasiyasının (WSKF) baş təlimatçısı olan Hitoshi Kasuya burada Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri ilə görüşüb.

Yaponiyalı karateçinin Azərbaycana gəlişindən məmnun olduğunu deyən Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanla Yaponiya arasında məsafə uzun olsa da, hər iki xalq bir-biri ilə qəlbən yaxındırlar: "Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idmana xüsusi diqqət ayrılır. İdman sahəsində çox böyük uğurlar əldə edilib, bu da, əlbəttə ki, Prezidentimizin idmana ayırdığı diqqətin göstəricisidir".

Deputat qonağa Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu barədə də məlumat verib: "Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. Amma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına böyük inam var".

Komitə sədri idman sahəsində qazanılan nailiyyətlərin də bu problemin həllinə yardım göstərə biləcəyini vurğulayıb: "Karate Azərbaycanda ən çox sevilən idman növlərindən biridir. Ölkəmizdə karatenin böyük məktəbi var. Azərbaycan artıq karate yarışlarına ev sahibliyi də edir. Sanki, elə karateyə sahib ölkələrdənik. Bu da Azərbaycanda karate məktəbinin yaranması ilə bağlıdır. Bu sahədə millət vəkili Ülvi Quliyevin adını çəkmək olar. Ülvi Quliyev Azərbaycanda karate ənənəsinin formalaşmasında böyük rol oynayır".

Hitoshi Kasuya isə bildirib ki, karate, əslində, yalnız fiziki güc nümayiş etdirmək demək deyil, eyni zamanda sağlamlıq, fəlsəfədir: "30-40 il öncə insanlar karate ilə daha çox məktəb vaxtlarından məşğul olurdular. İndi isə daha erkən yaşlarından öyrənməyə başlayırlar. Mən həm də bunu insanların bir-birinə hörmətinin artması kimi də dəyərləndirirəm. Çünki yarışa başlamazdan əvvəl baş əyirlər, bu, insanlarda hörmətin formalaşmasına kömək edən məsələdir".

Görüşdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda idmanın inkişafından danışıb: "Azərbaycan Prezidentinin idmana diqqəti və qayğısı sayəsində bu gün dövlətimizdə çox peşəkar idmançılar yetişir. Prezidentimiz özü də çox idmansevər şəxsdir. Ona görə də bu gün Azərbaycanda idmanın bütün sahələri sürətli inkişaf yolunu tutub. Azərbaycan əlbəyaxa döyüş xüsusilə karate növü üzrə Qafqaz regionunda yaxşı ənənə ilə seçilir".

Görüşdə çıxış edən deputat Adil Əliyev isə Azərbaycanda karate ilə yanaşı, idmanın digər sahələrinin də inkişaf etdiyini xatırladıb: "Azərbaycanda idmanın bir çox sahələri getdikcə daha da inkişaf edir. Bu da, sözsüz ki, Prezidentimizin diqqətində olan əsas məsələlərdən biridir".

Deputat Sevinc Hüseynova isə sovet dövründəki karate idman növündən danışıb: "O vaxtlar bu idman növü ilə məşğul olmaq yasaq idi, hətta yadıma gəlir ki, qardaşım da bu idman növü ilə gizli məşğul olurdu. İndi isə Azərbaycanda karateyə xüsusi sevgi var, bu sevgi insanların karateyə marağını artırır. Bu gün Azərbaycanla Yaponiya arasında sosial və mədəni sahədə xüsusi layihələr işlənib hazırlanıb. Mən arzu edərdim ki, idman sahəsində belə işlər həyat keçirilsin".

Sonda çıxış edən komitə sədri Fuad Muradov bu cür görüşlərin keçirilməsinin önəmindən danışıb: "Belə görüşlər iki ölkə asrasında əməkdaşlığın genişlənməsinə böyük töhfə verəcək. Hörmətli Hitoshi Kasuyanın Azərbaycana gəlişi idmanımızın təbliği, eyni zamanda onu dünyaya tanıtdırmaq baxımından bir fürsətdir".

Görüşdə Azərbaycanda karate üzrə dəfələrlə dünya çempionu olmuş Rafael Ağayev də iştirak edib.

İlkin İzzət
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor