Məhkəmə Ərdoğanın Kılıçdaroğluna qarşı iddiasını təmin etmədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:07 | Şərh sayı: (0) | Baxılıb: 248
Məhkəmə Ərdoğanın Kılıçdaroğluna qarşı iddiasını təmin etmədi
Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı irəli sürdüyü iddiasını təmin etməyib. Bu barədə APA-nın “Hurriyet”e istinadən verdiyi xəbərə görə, təmin edilməyən iddia 2014-cü ilin fevralında Kamal Kılıçdaroğlunun Ərdoğan barəsində səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq dəymiş mənəvi zərərə görə 200 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.
“Siyasətçilər bu cür hallara yol verməməlidirlər. Bu bizim övladlarımıza pis örnəkdir. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları göz qabağındadır”, deyə Ərdoğanın iddiasının təmin edilməməsinə dair qərar verən hakim Leyla Kundakçı bildirib.
Qeyd edək ki, Ankara prokurorluğu Rəcəb Tayyib Ərdoğanın Kamal Kılıçdaroğluna qarşı irəli sürdüyü yeni iddiasının araşdırılmasına başlayıb. Ərdoğan Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib. Buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.
Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaldan ifadələrin olduğu iddia olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər