Ərdogan Azərbaycana başsağlığı verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 14:17 | Şərh sayı: (0) | Baxılıb: 294
Ərdogan Azərbaycana başsağlığı verdi
ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Günəşli" neft yatağında baş vermiş yanğın nəticəsində həyatını itirənlərə görə prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
Ərdoğanın başsağlığı məktubunda dünən Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən 30 nəfərə görə kədərləndiyi qeyd olunur:
"Türkiyə xalqı və öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Türkiyə hər zaman olduğu kimi bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür köməyi göstərməyə hazırdır".
Qeyd edək ki, yanğınla bağlı SOCAR-ın yaydığı rəsmi məlumata görə, hadisə zamanı 1 nəfər vəfat edib, 29 nəfər isə itkin hesab olunur.
FHN-in əməliyyatı nəticəsində daha 33 nəfər xilas edilib, onlardan 7-si hazırda Neftçilər Xəstəxanasında müalicə alır, qalanları isə evə buraxılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər