Ərdoğan: ""Su-24" təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 11:10 | Şərh sayı: (0) | Baxılıb: 361
Ərdoğan: ""Su-24" təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub"
Rusiyaya məxsus "Su-24" təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub. Ixlas.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
"Biz bu vəziyyətin bu cür olmasını istəmirdik, lakin hər kəs Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmətlə yanaşmalıdır. Naməlum təyyarə bizim hava məkanımızı pozub, beş dəqiqə ərzində ona 10 dəfə xəbərdarlıq edilib, lakin pozuntu davam edib. Qəbul olunmuş və bundan əvvəl elan edilmiş təhlükələrə cavab qaydaları çərçivəsində həmin təyyarəyə qarşı tədbir görülüb", deyə Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə hava zərbələrinə məruz qalan Suriya türkmənlərinə hücumları qəti şəkildə pisləyir: ""Bayırbucaq türkmənlərinin olduğu bölgə İŞİD terror qruplaşmasının olduğu bölgə deyil, qoy heç kim heç kimi aldatmasın. Orada sadəcə Bayırbucak türkmənləri, soydaşlarımız, qohum-əqrəbalarımız yaşayır... Bu səbəbdən dinc əhali Türkiyə sərhədi boyu yerləşməyə məcbur olub".
Onun sözlərinə görə, bununla belə, Türkiyənin hər-hansı ölkəyə qarşı düşmən olmaq niyyəti yoxdur. "Bizim bu insidentdən yan keçmək üçün əlimizdən gələni etməyimizə dair heç kimin şübhəsi olmasın", deyə prezident qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər