Məhkəmə ANS-in şikayətini təmin etmədi, 168 min manat qaytarılmalıdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:17 | Şərh sayı: (0) | Baxılıb: 308
Məhkəmə ANS-in şikayətini təmin etmədi, 168 min manat qaytarılmalıdı
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı pul tələbi qarşılıqlı iddia ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
"Report" xəbər verir ki, apellyasiya şikayətinə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılıb. MTRŞ-nın nümayəndəsi məhkəmədə iştirak etməyib.
ANS-in nümayəndəsi Muxtar Mustafayev apellyasiya şikayətinin təmin edilməsini istəyib.
Məhkəmənin qərarına əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Qərardaddan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər