İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:58 | Şərh sayı: (0) | Baxılıb: 251
İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfi İranda prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların dərc edilməsinin dayandırılmasını tələb edib.
“Biz İran dövlət qurumlarına yaxın olan KİV-də prezidentimizin bu günlərdə Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların yayılmasını qətiyyətlə pisləyirik”, deyə XİN məlumatında qeyd olunub.
Ərdoğan dekabrın sonunda Səudiyyə Ərəbistanına səfər edib. Yanvarın 2-də Ər Riyadda şiə din xadimi, vaiz Nimr ən-Nimr daxil olmaqla 47 nəfər edam edilib. Bu Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.
Qeyd edək ki, Ərdoğanın özü edamların Səudiyyə Ərəbistanının öz daxili işi olduğunu bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər