Sülh Qərb terrorçulara dəstəyi dayandırdıqdan sonra qayıdacaq - Suriya prezidenti |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 13:54 | Şərh sayı: (0) | Baxılıb: 318
Sülh Qərb terrorçulara dəstəyi dayandırdıqdan sonra qayıdacaq - Suriya prezidenti
Suriya prezidenti Bəşər Əsəd əmindir ki, ölkəsinə sülh Səudiyyə Ərəbistanı və Qərbin “terrorçulara dəstək verməyi” dayandırmasından sonra qayıdacaq.
İxlas.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, B.Əsəd müsahibələrindən birində Rusiyanın müdaxiləsini yüksək qiymətləndirib.
Onun fikrincə, bir neçə ölkənin, məsələn, Fransa, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və bir sıra digər dövlətlərin terrorçulara dəstək verməyi dayandırmaları zəruridir:"Bunun ertəsi gün Suriyada vəziyyət yaxşılaşacaq, bir neçə aydan sonra isə ölkədə sülh bərqərar olacaq."
Suriya lideri, bundan başqa, terrorizmə qarşı geniş koalisiyanın yaradılması ilə əlaqədar spektisizm ifadə edib.
B.Əsəd vurulan Rusiya təyyarəsi ilə bağlı hadisəni şərh edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın müdaxiləsinin regionda güc bölgüsünü dəyişməsi səbəbilə soyuqqanlılığını itirdiyini bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər